Accessibility links

Pakistanda avtobusa hücum olub


Silahlı şəxs bu gün Pakistanın cənubunda avtobusa atəş açaraq yeddi nəfəri öldürüb.

Polis ucqar Kazi Əhməd rayonundakı şossedə baş vermiş hücum zamanı bir neçə nəfərin yaralandığını deyib. Avtobus liman şəhəri Kəraçidən şimal-qərbdə yerləşən Kohat şəhərinə doğru irəliləyirdi. Rəsmilər hücumun səbəbini müəyyən edə bilməyib. Associated Press of Pakistan dövlət qəzeti prezident Asif Əli Zərdarinin qəddar aktı pislədiyini və günahkarların ədalət məhkəməsi qarşısına çıxarılmasına çağırıb.

XS
SM
MD
LG