Accessibility links

Pakistanda baş verən təyyarə qəzası nəticəsində 2 nəfər sağ qalıb, 97 nəfər ölüb


Pakistanın Dawn qəzeti xəbər verir ki, Karaçidə cümə günü 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra iki nəfər sağ qalıb.

Sərnişin təyyarəsi cümə günü Pakistanın ən böyük şəhərinə enməsi planlaşdırılan vaxtdan bir neçə dəqiqə əvvəl yaşayış sahəsində qəzaya uğrayıb. Nəticədə dar küçənin hər iki tərəfində bir neçə bina dağılıb.

Pakistan Hava Yolları Pilotları Assosiasiyası qəza ilə bağlı istintaqda iştirak etməli olduğunu bildirib. Assosiasiya həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Hava Yolları Pilotları Assosiasiyalarını da istintaqda iştirak etməyə çağırıb.

Qəza nəticəsində yaranan duman, tüstü və istilik habelə dar küçələr axtarış əməliyyatını çətinləşdirib.

Pakistan Beynəlxalq Hava Yollarına məxsus Airbus A320 təyyarəsi Lahordan Karaçiyə uçan zaman Model Koloni adlı ərazidə qəzaya uğrayıb.

Şahidlər təyyarənin qəzaya uğramadan öncə iki-üç dəfə enməyə cəhd etdiyini deyiblər.

Sosial mediada paylaşılan videoda təyyarənin mühəriyinin alışıb yandığı göstərilir.

Pakistanın baş naziri İmran Xan tvit ataraq “ mənPakistan Beynəlxalq Hava Yollarının” uğradığı qəzaya görə şokdayam və kədərliyəm. Qəza ilə baölı dərhal istintaq başladılacaq. Ölənlərin ailələrinə dualarımız və başsağlığımızı Təyyarədə 160 sərnişinlik yer olsa da, sosial məsafə qaydaları səbəbilə uçuşdakı sərnişinlərin sayı az olub.

Pakistanda son illər ərzində bir neçə təyyarə və helikopter qəzaları baş verib. Buna 2016-cı ildə 40 nəfərin ölümü ilə nəticələnən Pakistan Beynəlxalq Hava Yollarının uğradığı qəza daxildir. Ən tələfatlı qəza isə 2010-cu ildə Airbus Airblue şirkətinin idarə etdiyi A321 təyyarəsi qəzaya uğradığı zaman vaş verib. Həmin qəza nəticəsində təyyarədəki 152 nəfərin hər biri həyatını itirmişdi.

Cümə günü baş verən qəza bir çox pakistanlı Ramazan bayramını qeyd etmək üçün evlərinə dönən vaxta təsadüf edib.

Şərhlərə bax

XS
SM
MD
LG