Accessibility links

Pakistanda bir neçə partlayış olub


Yolkənarı bomba partlayışı nəticəsində məhbus mikro-avtobusunda olan 10 polis işçisi yaralanıb.

Pakistan polisi bildirir ki, yolkənarı bomba partlayışı nəticəsində məhbus mikro-avtobusunda olan 10 polis işçisi yaralanıb. Bu gün rəsmilər deyiblər ki, partlayış Aşağı Dir mahalında yerləşən Timerqara qəsəbəsi civarındakı həbsxananın yanında baş verib. Hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Pakistanın cənub-qərb bölgəsində isə bomba partlayışı azı 6 nəfərin yaralanmasına bais olub. Polis partlayışın Bəlucistan vilayətinin Sibbi şəhərində çörək dükanında baş verdiyini bildrib.

XS
SM
MD
LG