Accessibility links

Pakistanda dini məbəd partladılıb


Pakistanın ikinci böyük şəhəri olan Lahorda çərşənbə axşamı dini məbədin qarşısında intiharçı bomba hücumu nəticəsində ən azı 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Puncab vilayətinin baş müfəttişi Arif Navazın sözlərinə görə, hədəf çox güman ki, məbədin qapısının yaxınlığında duran polis avtomobili olub. Hücumda ən azı 5 polis işçisi ölüb.

Əsasən Data Darbar kimi tanınan XI əsrə aid Sufi türbəsi ölkədə ən çox ziyarət edilən və ən böyük məbədlərdən biridir. Bu məbəd daha əvvəl də 2010-cu ildə hücuma məruz qalmışdı. Həmin hücum zamanı 40 nəfər həyatını itirmişdi.

Çərşənbə günü Pakistanda Ramazan ayının ikinci günüdür.

Lahor son illərdə digər hücumlara səhnə olub. 2016-cı ildə xristianların Pasxa bayramı zamanı törədilən hücüm zamanı 70 nəfərdən çox adam ölüb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG