Accessibility links

Pakistanda intiharçı hücumları törədilib


İyulun 13-də Pakistanda keçirilən seçki kampaniyası ilə bağlı iki ayrı hücumnəticəsində azı 89 nəfər həlak olub,180 nəfər yaralanıb.

Hakimiyyət orqanları diqqəti belə bir məqama çəkirlər ki, vəzifəsindən qovulmuş baş nazir Nəvaz Şərifin siyasətə qayıdışı cəmiyyətdə gərginlik yaradıb.

Pakistan polisi bildirir ki, intiharçı bombanı Bəlucistan vilayətinindəki Kveta şəhərində seçki karvanının yaxınlığında partladıb. Bu hücum nəticəsində azı 85 nəfər həlak olub.

Ölənlərin arasında iyulun 25-də keçiriləcək seçkidə namizəd Siraj Raisani də var.

Hücumun məsuliyyətini İslam Dövləti ekstremist qruplaşması üzərinə götürüb.

XS
SM
MD
LG