Accessibility links

Pakistanda izdihamlı bazarda partlayış törədilib


Pakistanda izdihamlı bazarda partlayış törədilib
Pakistanda izdihamlı bazarda partlayış törədilib

Pakistan rəsmiləri Kurram qəbilə regionunda intiharçının bazara hücum edərək 26 nəfəri öldürdüyünü və 45 nəfəri yaraladığını bildirir. Rəsmilər əfqan sərhədi yaxınlığında yerləşən Paraçinar şəhərinin izdihamlı bazarda cümə namazı zamanı partlayış baş verdiyini bildiriblər. Partlayış nəticəsində bir neçə mağaza dağılıb. Yerli məlumatda hücumun şiə müsəlmanları hədəf aldığı deyilir. Hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

XS
SM
MD
LG