Accessibility links

Pakistanda qatar qəzası zamanı azı 40 nəfər ölüb


Pakistan rəsmiləri iyunun 7-də Sind əyalətinin cənubunda qatarların toqquşması nəticəsində azı 40 nəfərin öldüyünü və 100-dən çox insanın yaralandığını xəbər verir. Rəsmilər qatarlarda ümumi olaraq 1400 insanın olduğunu bildirib.

Sind əyalətinin Ghotki bölgəsinin komissar müavini Məhəmməd Usman Abdullah yerli jurnalistlərə açıqlamasında xilasetmə işçilərinin hələ dağıntılar altında qalan sərnişinləri xilas etməklə məşğul olduğunu deyib.

Pakistan İnformasiya Naziri Favad Çaudri verdiyi açıqlamada qəzanın texniki səhv, səhlənkarlıq və ya təxribat səbəbindən meydana gəldiyini deməyin erkən olduğunu, lakin bütün mümkün səbəblərinin araşdırıldığını bildirib.

Baş nazir İmran Xan "dəhşətli qatar qəzasından şoka düşdüyünü" və Twitterdəki postunda "dəmir yolu xətlərinin təhlükəsizliyi ilə bağlı hərtərəfli araşdırma aparılması" üçün əmr verdiyini deyib. Əraziyə Pakistan ordusu və hərbiləşdirilmiş birliklərdə cəlb olunub ki, onlar da mülki axtarış xilasetmə işlərinə kömək edib.

Rəsmilər Pakistan Dəmir Yolları tərəfindən gündəlik Millat Express sərnişin qatarının relsdən çıxaraq Dharki şəhərinə yaxınlaşan Sir Syed Express-in yoluna çıxdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG