Accessibility links

Pakistanda sərnişin qatarına hücum olub


Pakistanın cənub0qərbində sərnişin qatarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 14 nəfər həlak olub.

Polisin məlumatına görə, bomba qatar Bəlucistan vilayətinin Sibi şəhərindəki dayanacaqda dayanandan sonra partlayıb.

Yerli rəsmiləri deyir ki, ilkin istintaq uzaqdan idarə olunan bombanın sərnişin baqajlarının içərisinə yerləşdirildiyini göstərir. Partlayış və daha sonra yanğın ən azı iki vaqonu yararsız hala salıb.

Ölənlər arasında uşaq və qadınların da olduğu deyilir. Partlayış zamanı 40 nəfər isə müxtəlif dərəcələri bədən xəsarətləri alıb. Bu hücum Pakistan təhlükəsizlik qüvvələrinin Bəlucistan regionunun Qələt bölgəsində hərbi əməliyyat zamanı 30-dan çox separatçı yaraqlını öldürməsindən bir gün sonra baş verib.

Uzun illərdi ölkənin cənub-qərb bölgəsi etnik yaraqlıların mübarizə mərkəzinə çevrilib. Belə ki, bəluc yaraqlılar Bəlucistanın təbii ehtiyatlarına nəzarəti artırmaq uğrunda silahlı mübarizə aparır.

Rəsmilər bu gün baş verən hadisənin arxasında da bəluc yaraqlıların dayandığını ehtimal edir.
XS
SM
MD
LG