Accessibility links

Pakistanda seçki məntəqəsi qarşısında intihar hücumu törədilib


Pakistanda seçki məntəqəsi qarşısında intihar hücumu törədilib. Nəticədə 31 nəfər həlak olub, 40-da çox insan xəsarət alıb.

Hücum Kvetta şəhərində motosiklist tərəfindən həyata keçirib. Hadisə seçicilərin məntəqəyə səs vermək üçün toplaşdıqları vaxt baş verib. Ölənlər arasında seçicilər, polis məmurları və siyasi partiyaların fəalları olub.

Hücumun məsuliyyətini radikal İslam Dövləti qrupu üzərinə götürüb. Balucistan vilayətinin paytaxtı Kvettada bu ayın əvvəlində seçki yürüşü zamanı 149 nəfər öldürülmüşdü.

Səsvermə sabiq baş nazir Nəvaz Şərifin hakim partiyası və Pakistanın Təhrike-İnsaf partiyasının sədri, sabiq kriket ulduzu İmran Xan arasındakı fərqi azaldıb.

Xan korrupsiyanı aradan qaldıracağına və “firavan islam dövləti” quracağına vəd verib.

XS
SM
MD
LG