Accessibility links

Pakistanda təbii fəlakətdən zərər çəkənlərə yardımlar davam edir


Pakistanda təbii fəlakətdən zərər çəkənlərə yardımlar davam edir
Pakistanda təbii fəlakətdən zərər çəkənlərə yardımlar davam edir

Bazar ertəsi beynəlxalq donorların Pakistana 129 milyon dollar göndərəcəklərinə söz verdiklərini bildirilmişdi

BMT Pakistanda təbii fəlakətin təsirinə məruz qalan 14 milyon insana yadım məqsədi ilə 460 milyon dollar təcili yardım göndəriləcəyini bildirib. Dünya təşkilatı bu yardımın BMT-nin agentlikləri və qeyri-hökumət təşkilatları tərəfindən, təcili olaraq Pakistan hökumətinə çatdırılacağını deyir. BMT bazar ertəsi beynəlxalq donorların Pakistana 129 milyon dollar göndərəcəklərinə söz verdiklərini bildirib. Təşkilat Xeybər-Paxtunxava, Pəncab və Sind vilayətlərində təbii fəlakətdən zərər çəkən 6-7 milyon insana təcili olaraq ərzaq, su, tibbi təchizat göndəriləcəyini xəbər verib.

XS
SM
MD
LG