Accessibility links

Pakistanda terror qruplaşmalarının son seçkilərdəki uğurları narahatlıq doğurur


Pakistanda çoxları terror qruplaşmaları ilə sıx əlaqələri olan dini partiyalarının ötən səsvermədə güclü göstəricilərlə çıxış etməsindən narahatdır.

Təhrik-e-Ləbbeyk Pakistan partiyasının cəmi bir yaşı olmasına baxmayaraq, o, Pakistanda ciddi siyasi qüvvəyə çevrilməkdədir.

Pakistan yenicə keçmiş milli kriket komandasının kapitanı İmran Xanın partiyası Təhrik-e-İnsaf (PTI) bu yaxılnlarda ümumxalq seçkilərində ölkənin əsas iki siyasi partiyasını məğlub ediib.

Siyasi analitiklər Təhrik-e-İnsaf partiyasının qalibiyyətinin siyasi mənzərəni necə dəyişdiyinə məşğul olduqları halda, ölkədə bəzi terror qruplarına aid olan bir sıra ekstremist dini partiyaların fəaliyyətindən narahatlıqlar baş qaldırıb.

Təhrik-e-Ləbbeyk Pakistan (TLP) partiyasının cəmi bir yaşı olmasına baxmayaraq o Pakistanda siyasi qüvvəyə çevrilən partiyalardan biridir. Partiya iki milyona yaxın səs qazanaraq özünə ölkə daxilində 180-dən çox namizəd və Sindh əyalətində iki yer təmin edib.

İmran Xan
İmran Xan

Təhrik-e-Ləbbeyk keçən ilin avqust ayında Pakistanın sərt küfr qanunlarının tərəfdarı olan din xadimi tərəfindən təsis olunub.

Partiya keçən il mühafizəçisi olduğu siyasətçini öldürdüyünə görə edam edilən keçmiş mühafizəçi Mümtaz Qədrinin siyasi irsini müdafiə edir. Qədri 2011-ci ildə Pəncab qubernatoru hökuməti küfr qanununu dəyişdirməyə çağırdığı üçün Salman Təsiri öldürmüşdü.

Siyasətə qatılan dini partiyalar Pakistanda yeni fenomen deyil. Bir çoxları ölkənin siyasi arenasında uzun tarixə malikdirlər. Təhrik-e-Ləbbeyk partiyası gözləniləndən daha güclü olmasına baxmayaraq milli məclisdə heç bir yerə sahib çıxa bilməyib.

Lakin təhlilçilər ehtiyat eirlər ki, TLP-nin son uğurları narahatedici tendensiyadan xəbər verir və Pakistan siyasəti üçün təhlükəli əlamətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG