Accessibility links

İslamı təhqır etməkdə təqsirləndirilən qızın işinə yetkinlik yaşına çatmayanların məhkəməsində baxılacaq


Kafirlikdə ittiham olunan Pakistanlı xristian qızın vəkili deyib ki, qızın yaşı az olduğu üçün işə yetkinlik yaşına çatmayanların məhkəməsində baxılacaq.

Bu ayın əvvəlində Quran ayələrinin yer aldığı səhifələri yandırdığına görə təqsirləndirilən Rimşa Məsihin hirsli qonşuları İslamabaddakı evini mühasirəyə aldıqdan sonra polis tərəfindən nəzarət altına götürülüb. Bəziləri isə onun yemək bişirmək üçün zibildən goturduyu kağızları yandırdığını deyir. Pakistanda kafirliyin cəzası ölümdür.

Prokuror Tahir Navid Çadri deyib ki, qızın 14 yaşı olmasına baxmayaraq, məhkəmə heyəti onun əqli cəhətdət inkişaf etmədiyi qənaətinə gəlib. O, İslamabadda mətbuat nümayəndələrinə bildirib ki, azyaşlı olduğuna görə Məsih yetkinlik yaşına çatmayanların məhkəməsində mühakimə oluna bilər.

Çadri deyib ki, məhkəmənin zaminlik dinləmələri cümə axşamına təyin olunub.
Pakistandakı müsəlman ruhani qrupunun rəhbəri qızın işinin obyektiv araşdırılmasına çağırıb.

Pakistan Üləma Məclisinin rəhbəri Mövlana Tahir Əşrəfi mətbuat nümayəndələri qarşısında bəyanatla çıxış edərək bildirib ki, əgər qız həqiqətən də təqsirsizdirsə, ya da Daun Sindromundan əziyyət çəkirsə, İslam və Pakistanın adına ləkə gətirən ünsürlər və qızı həbs edən icra nümayəndələri cəzalandırılmalıdır.
XS
SM
MD
LG