Accessibility links

Pakistanın baş naziri ölkədəki təbii fəlakətin 20 milyona qədər insanı təsirinə məruz qoyduğunu deyib


Sellərin 1600-ə qədər insanın ölümünə səbəb olduğu, 700 000-dən çox insanın evini dağıtdığı bildirilir

Pakistanın baş naziri Yusuf Raza Gilani bu gün deyib ki, ölkədəki təbii fəlakət 20 milyona qədər insanı təsirinə məruz qoyub. Bu rəqəm BMT-nin bundan əvvəl açıqladığı 14 miyondan qat-qat çoxdur. Pakistan xalqına televiziya ilə müraciət edən baş nazir ölkəsinin müstəqilliyinin ildönümünün yüksək səviyyədə keçirilməyəcəyini bildirib.

Rəsmilər deyir ki, sellər 1600-ə qədər insanın ölümünə səbəb olmuş, 700 000-dən çox insanın evi dağılmışdır. Rəsmilər eləcə də Svat mahalının Minqora şəhərində vəba xəstəliyinin aşkar edildiyini bildirmişlər.

XS
SM
MD
LG