Accessibility links

Pakistanın Kohat şəhərində partlayış 12 adamın ölümünə səbəb olub


Pakistanın Xeybər-Paxtinkva vilayətinin Kohat şəhərində partlayış 12 adamın ölümü, 25 nəfərin yaralanmasına səbəb olub

Pakistanın Xeybər-Paxtinkva vilayətinin Kohat şəhərində partlayış 12 adamın ölümü, 25 nəfərin yaralanmasına səbəb olub. Partlayış nəticəsində polis kompleksində bir neçə yaşayış binası dağılıb. Yaralananlar arasında qadın və uşaqlar da var.

Bu arada amerikalı aktrisa Ancelina Coli Pakistanın daşqınlara məruz qalan bölgəsinə səfər edib. BMT-nin qaçqınlar agentliyinin xoşməramlı səfiri beynəlxalq ictimaiyyəti pakistanlılara yardımlarını artırmağa çağırıb.Pakistanda daşqınlar nəticəsində 1700 adam həlak olub, 20 milyon insan fəlakətin təsirinə məruz qalıb.

XS
SM
MD
LG