Accessibility links

Pakistanın Pişəvər şəhərindəki ABŞ konsulluğu yaxınlığında partlayış həyata keçirilib


Pakistanın Pişəvər şəhərindəki ABŞ konsulluğu yaxınlığında partlayış həyata keçirilib
Pakistanın Pişəvər şəhərindəki ABŞ konsulluğu yaxınlığında partlayış həyata keçirilib

Azı 3 adamın ölümü ilə nəticələnən hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb

Bu gün Pakistanın Pişəvər şəhərindəki Birləşmiş Ştatlar konsulluğu yaxınlığında azı 3 adamın ölümü ilə nəticələnən hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Birləşmiş Ştatların İslamabaddakı səfirliyinin sözçüsü ölkənin şimal-qərb bölgəsindəki hücum barədə məlumatı təsdiq edib. Hücum zamanı konsulluq işçiləri, ABŞ vətəndaşları, və ya yaxınlıqda olan insanlar arasında ölənlərin olduğu aydın deyil. Üç güclü partlayışın sıx qorunan və istehkamlanmış binanın silkələnməsinə səbəb olduğu və bunun ardınca atışma başlandığı bildirilir. Polisin həmin ərazini təcili olaraq bağladığı deyilir.

Bu gün Pakistandan alınan digər məlumatda isə deyilir ki, Aşağı Dir mahalında keçirilən siyasi yürüş zamanı intiharçının bomba hücumu azı 40 nəfərin ölümünə səbəb olmuşdur.

XS
SM
MD
LG