Accessibility links

Flamenqo musiqisinin dünya şöhrətli ifaçısı Pako De Lüsiya dünyasını dəyişib


Flamenqo musiqisinin tanınmış ifaçısı, əfsanəvi ispan gitaraçısı Pako De Lüsiya 66 yaşında dünyasını dəyişib. Onun infarkt nəticəsində öldüyü bildirilir.

Məşhur gitaraçının ifa etdiyi doğma flamenqo ilə caz və digər musiqi janrlarının sintezindən yaranan musiqi parçaları dünyada milyonlarla insan tərəfindən sevilir.

Pako De Lüsiyanın İspaniyadakı doğma Alxesiras şəhərinin rəsmiləri onun ailəsi ilə Meksikanın Kankun şəhərində istirahət etdiyi zaman dünyasını dəyişdiyini bildiriblər. Alxesiras şəhərində onun ölümülə əlaqədar bir neçə gün rəsmi matəm elan edilib.

De Lüsiya gitara çalmağa 1960-cı illərdə başlamışdı. Onun məşhur flamenqo ifaçısı, müğənni Kamaron de la İsla ilə yaratdığı duet flemenqo janrında yeni dövrün əsasını qoymuşdu. De Lüsiyanın amerikalı caz gitaraçılar Con Maklaflin və Al di Meola ilə birlikdə 1981-ci ildə hazırladığı “Friday Night in San Fransisco” adlı albom bestseller olmuşdu. Əfsanəvi gitaraçının 30-dan çox albomu var.

Pako De Lüsiya 2004-cü ildə İspaniyada sənət adamlarına verilən ən yüksək Asturius Mükafatına layiq görülmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG