Accessibility links

BMT Baş Assambleyası Qüdslə bağlı növbədənkənar sessiya keçirir


BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qüvvədən salınmasını nəzərdən keçirmək üçün cümə axşamı növbədənkənar sessiya keçirib.

Fələstinin BMT-dəki səfiri ABŞ-ın bazar ertəsi veto qoyduğu Misir tərəfindən təqdim edilmiş qətnamə layihəsini müzakirə etmək məqsədi ilə görüşün keçirilməsi haqda müraciət edib.

“Amerikalılar bir qrup ölkənin fələstinlilərə ümumi yardımının Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər Təşkilatı büdcəsinin bir faizdən azını təşkil etdiyini gördüyü, onlar bu ölkələrin Birləşmiş Ştatları sülhün əldə edilməsinə kifayət qədər səy göstərmədiyini görındə, Amerika xalqı səbrini itirir” deyə ABŞ-ın BMT-dəki səfir Nikki Heyli bildirib.

Baş Assambleyanın qətnaməsi qeyri-məcburi xarakter daşıyır. Lakin qətnamə ilə bağlı səsvermə siyasi əhəmiyyətə malikdir.

İsrail daim Qüdsü özünün əbədi olaraq paytaxtı hesab edib. Lakin fələstinlilər Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı kimi görür və artıq ABŞ-ı sülhün əldə edilməsində etibarlı tərəfdaş olmadığını bildirir.

Tramp administrasiyası Yaxın Şərqdə “iki dövlət” prinsipi əsasında həll yolunun əldə edilməsi ideyasına sadiq qaldığını və səfirliyin harada yerləşməsinin danışıqlara heç bir təsir göstərmədiyini bildirib.

XS
SM
MD
LG