Accessibility links

Fələstinlilər müqəddəs Ramazan ayına İsrail Qəzza zolağını bombalamaqda davam edərkən başlayıb


Fələstinlilər müsəlmanların müqəddəs Ramazan ayının başlanğıcını qeyd edərkən, İsrail bazar ertəsi Qəzza zolağı boyu hücumlar həyata keçirdiyini bildirib.

Zorakılıqlar Misir, ABŞ və Qətərin daxil olduğu İsrail və HƏMAS qruplaşması arasında Qəzzada militantlar tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində İsraildə olan fələstinli məhbusların azad edilməsini nəzərdə tutan yeni atəşkəs danışıqları zamanı da davam edib.

HƏMAS müzakirəçiləri keçən həftə Qahirədə danışıqları tərk edərkən bildiriblər ki, atəşkəslə bağlı danışıqlar bu həftə bərpa olunacaq.

İsrail ordusunun bildirdiyinə görə, Xan Yunis və Qəzzanın cənubundakı digər ərazilərə, eləcə də Qəzzanın mərkəzinə hava və qurudan hücumlar təşkil edib.

Qəzzanın Səhiyyə Nazirliyi bazar ertəsi bildirib ki, İsrailin son sutka ərzində hücumu zamanı 67 nəfər, oktyabr ayından, müharibə başlayandan bəri isə azı 31 112 nəfər ölüb.

ABŞ ordusunun gəmisi aclıqdan əziyyət çəkən fələstinlilərə yük maşınları ilə daha çox humanitar yardımın çatdırılmasını təmin etmək məqsədi ilə Qəzza sahilində müvəqqəti körpünün tikintisinə başlamaq üçün Aralıq dənizinə yollanıb. Lakin rəsmilər körpünün inşası və fəaliyyətə başlaması üçün iki ay tələb olunacağını bildirib.

Yekun plan İsrail qüvvələrinin HƏMAS militantlarına çatdırılacaq silahların olmadığından əmin olmaq üçün yükü yoxladıqdan sonra yaxınlıqdakı Kiprdən Qəzzadakı müvəqqəti körpüyə daha çox ərzaq və tibbi ləvazimat göndərilməsidir.

Müvəqqəti körpü Qəzzanın heç bir liman infrastrukturuna malik olmadığı və 2007-ci ildən, HƏMAS-ın anklavı nəzarəti altına aldıqdan sonra İsrail donanmasının blokadası altında olduğu üçün lazımdır.

Forum

XS
SM
MD
LG