Accessibility links

Blinken İsrail-Həmas müharibəsində fasiləyə çağırış etdiyi bir vaxtda fələstinlilər Qəzzaya yeni hücumların olduğunu bildirir


Fələstinlilər İsrailin Qəzza şəhərinə hava hücumu nəticəsində bir evin dağıntıları altında qohumlarını itirdiyinə görə ağlayan kişini təsəlli edirlər. 4 noyabr, 2023.
Fələstinlilər İsrailin Qəzza şəhərinə hava hücumu nəticəsində bir evin dağıntıları altında qohumlarını itirdiyinə görə ağlayan kişini təsəlli edirlər. 4 noyabr, 2023.
  • ABŞ Dövlət Katibi Antoni Blinken daha çox yardım axtardığı bir vaxtda, İsrailin zərbələri Qəzzanın döyüş bölgəsindəki sığınacaqlarda mülki vətəndaşların ölümünə səbəb olub
  • Blinken İordaniyada ərəb ölkələrin xarici işlər nazirləri ilə görüşüb.
  • Blinken cümə günü İsrail baş naziri Beynamin Netanyahu və Netanyahunun müharibə rəsmiləri ilə görüşündə İsraillə HƏMAS arasında münaqişənin eskalasiya etməsinin qarşısnı almağın, fələstinliləri qorumaq üçün daha çox səy göstərməyin və Qəzzaya yardımı əhəmiyyətli dərəcədə artırmağın vacibliyini vurğulayıb.

ABŞ dövlət katibi Antoni Blinken İordaniyada müharibənin dağıtdığı ərazi üçün həll yolu tapmağa çalışmaq məqsədilə ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşdüyü bir vaxtda İsrailin hava hücumları şənbə günü Qəzza boyu bir neçə insanın ölümünə səbəb olub.

Fələstinlilər bildirib ki, İsrail anklava, o cümlədən qəzzalıların sığınacaq üçün qaçqığı Qəzza zolağının cənubuna havadan zərbələr endirib. BMT-nin fələstinli qaçqınlara yardım agentliyi (UNRWA) Reuters-ə bildirib ki, Qəzzada BMT-nin idarə etdiyi məktəbə ölümcül hücum ən az 15 qəzzalının ölümünə, onlarla digərinin yaralanmasına səbəb olub.

Cəbəliyə rayonunda yerləşən əl-Fakura məktəbinə zərbə endirildiyi zaman orada minlərlə evakusiya edən insan olub. Bu barədə UNRWA-nın kommunikasiya üzrə direktoru Culiet Tuma Reuters-ə bildirib.

Tuma deyib ki, ölənlər arasında uşaqlar da var, amma UNRWA tələfatların sayını təsdiqləyə bilməyib.

Reuters-in hadisə yerindən paylaşdığı görüntülərdə yerdə sınmış mebel parçaları və başqa əşyalar, o cümlədən yerə və yeməklərin üzərinə tökülən qan izləri, eləcə də ağlayan insalar əks olunub.

“Üç bomba düşdüyündə mən burada dayanmışdım. Mən öz əllərimlə bir cəsəd və bir başqa başsız bədən daşıdım,” gənc bir oğlan ağlayaraq Reuters-in əldə etdiyi video görüntüdə deyib. “Allah mənim intiqamımı alacaq,” o deyib.

Yaxınlıqda isə bir sakin şok içində olan bir qadını sakitləşdirib.

Mülki insanları qorumağa çağırış

İordaniyada olan Blinken ərəb həmkarları ilə Qəzzada fələstinli mülki vətəndaşları qorumaq üçün daha çox səy göstərməyin vacibliyini müzakirə edib.

Blinken şənbə günü İordaniya rəsmiləri ilə yanaşı Səudiyyə Ərəbistanı, Misir və Qətərdən ərəb xarici işlər nazirləri, habelə Fələstin Azadlıq Təşkilatını icariyyə komitəsinin baş katibi ilə görüşüb.

Blinken həmçinin Livanın müvəqqəti baş naziri Nəcib Mikati ilə də görüş keçirib.

İordaniyanın xarici işlər naziri Ayman Səfədi şənbə günü müxbirlərə deyib ki, o, HƏMAS-ın oktybarın 7-də etdiyi hücumları qınasa da və “ağlı başında heç kəs” İsrailin o gün hiss etdiyi ağrını “küçümsəməsə” də, Qəzzada müharibənin davam etməsinə icazə verilməməlidir.

“Bütün region növbəti nəsilləri müəyyən edəcək nifrət dənizində batır,” Səfəri Blinken və Misir xarici işlər naziri Sami Şükri ilə görüşdən sonra deyib.

İordaniya və Misirin xarici işlər nazirləri İsrail ilə HƏMAS arasında təcili atəşkəsə çağırıb, ancaq Blinken bunun əks-nəticə verəcəyini eyib. O bildirib ki, o ən uzağı Qəzzaya humanitar yardımın çatdırılması və mülki vətəndaşların çıxarılmasına imkan vermək üçün fasiləni dəstəkləyə bilər.

Blinken, HƏMAS-ın son Qəzzada ən son müharibəyə səbəb olan İsrailin cənubuna hücumuna istinad edərək, “Bizim fikrimizcə, atəşkəs HƏMAS-ı yerində saxlaya, yenidən qruplaşmasına və oktyabrın 7-də etdiklərini təkrarlaya bilməsinə imkan yarada bilər.”

Blinken bildirib ki, ABŞ İsrailin özünü müdafiə etmək “hüququ” və “öhdəliyinin” arxasında dayanır, ancaq o həmçinin İsraili hərbi əməliyyatlara fasilə verməyə və Qəzzaya daha çox humanitar yardımın daxil olmasına icazə verməyə çağırıb. O deyib ki, onun səfərinin ikinci əsas məqsədi fələstinli mülki şəxsləri qorumaqdır.

Netanyahu isə cavab olaraq deyib ki, “Biz bütün gücümüzlə davam edirik və İsrail girovlarn sərbəst buraxılmasını əhatə etməyən müvəqqəti atəşkəsə etiraz edir.”

ABŞ-ın terror qrupu olaraq tanıdığı HƏMAS hücumu zaman 230 nəfəri girov götürüb, 1400 insanı öldürüb.

Forum

XS
SM
MD
LG