Accessibility links

"Pampers"lilər çempionatı


"Pampers"lilər çempionatı
please wait

No media source currently available

0:00 0:02:21 0:00

İyul ayının gəlməsi adətən media başlıqlarında yer almayan çempionatın başlanması deməkdir. Bu, Manhattan mehmanxanasında keçirilən “Pampers Yarışı” adlı çempionatın finalıdır. Final yarışda 3.7 metr məsafəni qət edərək qalib gələnlər iştirak edir.

Lukas Hunun valideynləri 14 aylıq çempionları ilə fəxr edə bilər. Lukasın anası Elizabet: “O, belə görünür gəzməyə gec başalayacaq. Lakin o, yemək üçün adətən iməkləyərək gəlir. Biz onun yeməyini yerə qoyuruq və o, sürətlə yeməyə doğru gəlir. Bu gün də belə oldu - giləmeyvə öz işini gördü.”

“Doğrudur, o bir az acdır” - deyə, Lukasın atası David Hu bildirir.

"Life Time Tri"-dən Skot Hatmaçer: “Bu, manipulyasiyalı oyundur. Validenylər körpələrinin lazım olan məsafəni qət etmələri üçün nəsə etməlidirlər. Bu mobil telefon, onların sevdiyi yemək, yəni nəsə ola bilər.”

Lakin bu həmişə kömək etmir. Bəzən iştirakçılardan bəziləri yarış xəttindən çıxır, digərləri isə yerə uzanıb, ağlamağa başlayır. “Bu, sürətli yarış deyil, doğrudurmu? Bu, idman yarışlarının ən qısa sürənidir – 2 dəqiqə” - deyə, Skot Hatmaçer bildirir.

Bəlkə də yox... Çünki daha bir asta yarış var - İlbizlərin Qaçışı üzrə Dünya Çempionatı. Bu yarışlar 1960-cı ilərdə İngilrətənin Norfolk qraflığının Konqham şəhərində başlayıb.

İlbizlər masaya sərilmiş yaş süfrənin üzərindəki üç dairəyə doğru irəliləyir və qalib sonuncu dairəyə ilk çatan olur. İlbizlərdən bəziləri rəqiblərini aldatmağa çalışır, digərləri isə yanlış istiqamətə gedir. Ancaq bu dəfəki yarış sona qədər gərgin bir yarış oldu. İlbiz Semmi antennasının ucu ilə qalib gəldi. İlbiz sahibi Mariya Velbi: “Mən həmişə - bu səhər onunla görüşəndən bəri əmin idim ki, o qalib gələcək. Düşünmürdüm ki, şənbəmi belə keçirəcəyəm. Amma bilirsiz, bu artıq mənim üçün yeni karyeradır – ilbiz çempionatları.”

Bunlar o çemionatlardır ki, burada asta və davamlı oyunçular da qalib çıxa bilir.

XS
SM
MD
LG