Accessibility links

Sarayevo Orhan Pamuku “fəxri vətəndaş” elan etmək planından əl çəkib


Guardian yazır ki, Sarayevo şəhəri yazıçı Orhan Pamuku “fəxri vətəndaş” elan etmək planlarından əl çəkib.

Bosniya-Herseqovina hökumətinin tənqidçiləri qərar dəyişməsini rəsmi Sarayevonun Türkiyənin xətrinə dəyməkdən çəkinməsi ilə izah ediblər.

Pamuk bu ada yerli naşir və kitab taciri Buybook şirkəti tərəfindən səbəbsiz nominasiya edilməmişdi. Əvvəla Nobel mükafatı laureatı bu yaz Sarayevoya gəlməyi planlaşdırırdı və ən ümdəsi isə o, hazırda müharibə dövründəki Bosniya haqqında pyes üzərində işləyir.

Buybook nəşriyyatının direktoru Damir Uzunoviç Guardian qəzetinə deyib ki, şəhər şurası əvvəlcə türkiyəli yazıçıya fəxri vətəndaş adının verilməsi barədə qərarı 7 səs leyhinə, 0 səs əleyhinə nisbəti ilə qəbul etmişdi. Lakin ikinci səsvermədə 7 nəfərdən 4-ü Pamukun əleyhinə səs verib.

Uzunoviç deyib: “Bələdiyyə komissiyası bunu belə izah edir ki, Orhan Pamuk Sarayevo şəhəri üçün heç nə, yəni demək olar heç nə etməyib. Lakin hakim partiyadan olan bəzi üzvlər etiraf ediblər ki, cənab Pamuka fəxri adın verilməsi Türkiyənin hazırkı hökumətinin qəzəbinə səbəb ola bilər…”

Nəşriyyat direktoru sözünə davam edib: “Biz dedik ki, Pamuk müasir yazıçıların arasında ən mühümlərindən biridir və indiyədək müasir Nobel mükafatçılarından heç biri Sarayevoya səfər etməyib. Üstəlik cənab Pamuk Bosniya-Herseqovinada ən çox oxunan və ən məşhur yazıçıdır. Buna görə də biz onu dəfələrlə Sarayevoya dəvət etmişik”.

Guardian yazır ki, Pamuk Türkiyədə ziddiyyətli fiqur sayılır və indiyədək “türklüyün təhqirinə görə” həbsxanaya salınmaq təhlükəsi ilə üzləşib.

Sarayevo şəhərinin bu qərarı haqqında ilk dəfə xəbər yayan France-Press bildirir ki, Bosniyanın hakim SDA partiyasının lideri Bakir İzetbegoviç Türkiyə prezidenti Erdoğanla çox yaxındır.

Müxalif Naşa Stranka partiyasından Samir Fazliç AFP agentliyinə deyib ki, şəhər bələdiyyəsində ikinci səsvemə məhz Pamukun “Türkiyə prezidentinin siyasətinə müxalif olmasına və hökumətin Erdoğandan qorxmasına görə keçirilib”.

Guardian yazır ki, Sarayevo şəhərinin meriyası qəzetin sorğularına cavab verməkdən imtina edib.

Pamuk barədə qərarın dəyişdirilməsi, habelə Bosniya-Herseqovinanaın müxalif Sosial Demokrat Partiyası tərəfindən tənqid olunur.

Partiyanın sözçüsü Malik Qaribiya bu barədə deyib: “Bu ağalar Sarayevo şəhərinin ataları olmaq üçün seçiliblər, amma özlərini balaca Erdoğan kəndinin analığı kimi aparırlar”.

Siyasətçi daha sonra bildirib: “Mən əminəm ki, Türkiyə bizə dost ölkədir və türklər də bizə dost xalqdır, ona görə də mən düşünürəm ki, bu cür hərəkətlər əsl dost olan türklərin də ürəyincə deyil. Çünki əsl dost bizi diz üstdə yox, ayaq üstdə görmək istər”.

Qaribiya inandığı bildirib ki, Orhan Pamuk Sarayevonun fəxri vətəndaşı olacaq:

“Yazdığı möhtəşəm kitablar onu ən məşhuir türklərdən biri edib. Odur ki, o bizim həmşəhrimiz olmalıdır. Bu siyasi təbəddülatlar gəldi-gedərdi və mütləq ötüb keçəcəck. Bu ezackar əsərlər isə bu siyasi layihələr unudulub gedəndən sonra da uzun müddət yaşayacaq. Həm Sarayevo, həm də Orhan Pamukun əsərləri insan tarixinin möhtəşəm inciləridir”.

Siyasətçi bildirib ki, bu məsələnin lazımi qaydada həllini tapması üçün şəhər bələdiyyəsinə müraciət edəcək:

“Amma qorxuram ki, artıq çox gecdir və artıq bu şəhər rüsvay olub. Sarayevonun reputasiyasına ləkə salınıb”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG