Accessibility links

"ABŞ pandemiyadan qurtuluş yolundadır"


ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Roşel Valenski mayın 18-də ABŞ-ın pandemiyadan çıxma yolunda göründüyünü deyərək, pandemiya başlayandan bəri COVID-19 yoluxmaları və ölümlərinin ən son yeddi günlük ortalamasının ən aşağı səviyyədə olduğunu qeyd edib.

Ağ Evdəki COVID-19 Müdaxilə Qrupunun brifinqi zamanı Valenski bildirib ki, son rəqəmlər “hər birimiz ehtiyatlı nikbinliyə” qapılmağımızı göstərir.

Ağ Evin Baş COVID-19 müşaviri Endi Slavitt xoş xəbərlərə əlavə olaraq ötən həftə ilk dəfə 50 ştatda yoluxmaların azaldığını qeyd edib.

Peyvəndləmə sayı yavaşlasa da, Valenski ABŞ-ın gündə 1,5 və 2 milyon insanı peyvənd etməyə davam etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın Ərzaq və Dərman İdarəsi və CDC-nin 12 yaşdan yuxarı yeniyetmələr üçün Pfizer peyvəndinin istifadəsinə icazə verdiyi və tövsiyə olunduğundan bir həftədən az müddətdə 600 mindən çox gəncin peyvənd edildiyini vurğulayıb.

Valenski 18 və ya daha yuxarı yaşda olan bütün amerikalıların 60% -nə ən az bir doza vaksin tətbiq olunduğunu və ölkənin ABŞ Prezidenti Co Baydenin iyulun 4-nə qədər ən azı bir doza tətbiqi ilə 70%-ə çatmaq hədəfini asanlıqla qarşılayacağını qeyd edib.

Sözügedən brifinqdə Ağ Evin Baş Tibbi Məsləhətçisi Antoni Fauçi amerikalıları COVID-19 peyvəndlərinin təsirləri barədə əmin etmək istəyib. ABŞ-da mövcud olan peyvəndlərin əvvəlcə Hindistanda müəyyən edilmiş B.1.6.7 variantı da daxil olmaqla, virusun variantlarına qarşı qorunma təmin etdiyini göstərən son tədqiqatları təqdim edib.

Valenski CDC-nin bu il məktəbə qayıtmaqları və ya elə yaxın bir neçə ayda yay düşərgələrində iştirak etmələri üçün ABŞ məktəb yaşındakı uşaqlar üçün təlimat üzərində işlədiyini açıqlayıb. O, tövsiyələrin yaxın bir neçə ayda neçə gəncin peyvənd edilə biləcəyinə əsaslanacağını, buna görə də hələ hazırlıqların getdiyini deyib.

XS
SM
MD
LG