Accessibility links

Pandemiya dövründə hökumətlərin şəffaflığı


Pandemiya dövründə hökumətlərin şəffaflığı
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Ağ Ev Birləşmiş Ştatlarda avqustun əvvəlinə qədər koronavirus epidemiyası nəticəsində təxminən 82 min nəfərin həyatını itirə biləcəyini proqnozlaşdırıb. Bu, epidemiyanın yayılması ilə bağlı əvvəlki modellərdəki rəqəmlərdən daha aşağı göstəricidir. Ekspertlər bildirir ki, səhiyyə böhranı zamanı hökumətin şəffaflığı olduqca mühümdür, lakin onlar eyni zamanda pandemiya modelinin də hər zaman tam dəqiq olmadığı ilə bağlı xəbərdarlıq edir.

Nyu York şəhərinin kədərli mənzərəsi-COVID-19 ölüm halları artdıqca tibb işçiləri soyuducu yük maşınlarına cəsədləri daşıyır.

ABŞ prezidenti Donald Tramp:

“Yəqin ki, bu həftə və gələn həftə arasında ən ağır vaxt olaraq. Təəssüf ki, çox ölüm halları olacaq.”

Sosial təcrid tədbirlərinin mayın sonuna qədər tətbiq ediləcəyini nəzərə alaraq, Ağ Evin koronavirusla mübarizəyə dair işçi qrupu ölüm hallarının avqustun sonuna qədər təxminən 82 min olacağını proqnozlaşdırır.

Bu modelə əsasən, ABŞ-da xəstəxana çarpayıları, ventilyatorlar və başqa avadanlığa əvvəl gözlənildiyindən daha az ehtiyac olacaq. Lakin ekspertlər erkən nikbinliyə qarşı xəbərdarlıq edərək, ən pis ssenariyə hazır olmağın daha yaxşı olduğunu bildirir.

Vanderbilt Universitetinin Tibb Məktəbinin alimi Vilyam Şaffner:

“Belə ciddi söhbət, məsələyə ciddi yanaşma bizim hamımıza həm professional, həm də şəxsi mənada kömək edir. Bu, bizə psixoloji cəhətdən qarşıdakı hadisələrə hazır olmağa kömək göstərir.”

Koronavrus modeli ilə bağlı Ağ Ev Ostində Texas Universiteti də daxil olmaqla, bir sıra universitetlərə müraciət edib. Texas Universitetinin tədqiqat komandasına rəhbərlik edən Loren Meyers pandemiya modelinin demək olar heç vaxt tam dəqiq olmadığı və bunun hava proqnozuna bənzəmədiyini vurğulayır.

“Tropik qasırğanı proqnozlaşdıranda, qasırğanın yolunu dəyişdirmək üçün heç nə edə bilmirsiniz. Özünüzü qorumaq üçün edə biləcəyiniz şeylər var, amma qasırğanın yolunu dəyişə bilmirsiniz. Yoluxucu xəstəliklərin yayılmasının səhiyyə böhranı, ya da çox sayda ölümlərə gətirib çıxara biləcəyini proqnozlaşdıranda xüsusilə də kifayət qədər tez hərəkət edəndə görə biləcəyiniz tədbirlər və işlər var.”

Proqnozlar məlumatlara əsaslanır, lakin ölkələrin hamısı epidemiyanın izlənməsi qabiliyyətinə malik deyil, ya da onlarda yoluxma hallarının dəqiq və şəffaf qeyd edilməsi üçün siyasi iradəsi yoxdur.

Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Daniyel Runde:

“Mənim fikrimcə, rəqəmlər haqda yalan məlumat vermək, elmə mane olmaq, həkimlərin qarşısını almaq, mediaya senzura qoymaq hazırkı vaxtda tamamilə səhv işlərdir.”

Cənubi Koreya ilkin mərhələdə pandemiyanın təsirinə ən çox məruz qalmış ölkə idi, lakin geniş testlərin keçirilməsi, böhran boyu şəffaf məlumatların verilməsi də daxil olmaqla ölkənin effektiv və aqressiv tədbirlərinə yüksək qiymət verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG