Ümumdünya Səhiyyə Təşkilatı COVID-ə görə təcridlər zamanı Avropanın bir çox bölgəsində məişət zəminində zorakılıqların kəskin şəkildə artdığı barədə məlumatlardan narahatlığını ifadə edib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun başçısı, doktor Hans Kluqe cümə axşamı Kopenhagendən bildirib ki, koronavirus pandemiyası yaşanan Belçika, İngiltərə, Fransa, Rusiya, İspaniya da daxil olmaqla, bir çox ölkədə kişilərə, qadınlara və uşaqlara qarşı məişət və digər zəminlərdə zorakılıq hallarının artdığı barədə xəbərlər alıb.
Statistika baxımından rəqəmləri dəqiqləşdirmək çətin olsa da, Kluqe qadınların 60 faizinin məişət zəminində zorakılıqlara məruz qaldıqlarını deyir və qaynar xətlərə yardım çağırışlarının təxminən beş dəfə artdığını təxmin edir.
Daha çox narahatlıq doğuran məqam isə məişət zəminində zorakılıq hallarının əksəriyyəti barədə məlumat verilməməsidir.
Kluqe deyib ki, təçrid daha 6 ay davam edərsə, qlobal miqyasda əlavə 31 milyon gender zorakılığı hallları barədə məlumat alınacaq.
Problemin vahid həlli olmadığını deyən Kluqe hökumət rəsmilərini mənəvi öhdəlikləri nəzərə alaraq yardım xidmətlərinin icmaları təmin etdiyindən əmin olmağa çağırıb.
O, bəzi ölkələrin artıq bu problemin həllinə çalışdığını, məsələn, İtaliyanın insanların telefonla zəng etmədən yardım istəyə biləcəyi bir sistem hazırladığını bildirib.
İspaniya və Fransa zorakılığa məruz qalan insanların yardım ehtiyacları olduğu zaman kod sözlərindən istifadə edə biləcəyi proqramlar hazırlayıb. Şotlandiya məişət zəminində zorakılıqlarla bağlı sosial xidmətlərə əlavə vəsait ayırıb.