Birləşmiş Ştatlarda prezident seçkilərinə bir aydan az vaxt qalır. Covid-19-a yoluxandan sonra vəziyyəti yaxşılaşan prezident Donald Tramp tezliklə kampaniya tədbirlərinə qayıtmağa söz verib. Demokrat namizəd, keçmiş vitse-prezident Co Bayden isə seçkilərin nəticələrinə təsir göstərə biləcək mühüm ştatlara səfər edir.
ABŞ prezident Donald Tramp koronavirusa yoluxdudan sonra müalicə aldığı xəstəxanadan Ağ Evə qayıdıb. O sağalması ilə bağlı Twitter səhifəsində video mesaj yerləşdirib.
“Onun sizə üstün gəlməsinə icazə verməyin. Həyatınıza hakim olmasın imkan verməyin. Buna imkan verməyin. Bizim ölkəmiz dünyanın ən möhtəşım ölkəsidir. Biz geri qayıdırıq. İşimizə qayıdırıq. Biz irəlidə olacağıq. Sizin lideriniz kimi mən bunu etməli idim. Təhlükə olduğunu bilirdim, amma bunu etməli idim. Mən öndə duraraq rəhbərlik etdim.”
Co Bayden Trampın xəstəliyi və pandemiyaya yanaşmasını NBC News proqramında çıxışı zamanı tənqid edib.
Co Bayden, Prezidentliyə Demokrat namizəd
“Maskalar önəmlidir. Onlar vacibdir. Onlar həyatları xilas edir. Xəstəliyin yayılmasının qarşısını alır. Sosial məsafə. Bu haqda danışmaq əvəzinə bircə tvitlərdən birində deyilirdi ki, bütün bunlara görə əslində bu qədər narahat olmaq lazım deyil. Narahat olmağa çox şey var - 210.000 insan ölüb.”
Bayden prezident yarışlarında mühüm ştatlardan biri olan Floridada kampaniya aparıb.
Co Bayden, Prezidentliyə Demokrat namizəd
“Hamınızın bildiyiniz kimi və açıqca Floridada qələbə əldə etsək, qalibsiniz."
Rəy sorğularına görə Baydenin Trampdan irəlidə olmasına baxmayaraq, yeni sorğu Trampın 2016-cı ildə qələbə çaldığı Floridada ştatında Baydenlə bərabər olduğunu göstərir.
Siyasi təhlilçi Rafael Sonenşayn yaşı 65 və yuxarı olan seçicilərin ABŞ-da əsas demoqrafik qrup olduğunu deyir.
Rafael Sonenşayn, təhlilçi
“Baydenin Respubluikaçılar üçün mütləq əsas qrup olan yaşlı seçicilər arasında bir qədər irəliyə çıxdığı görünür.”
Bu həftə vitse-prezidentlərin Salt Lake Sitidə debatı seçki marafonunun növbəti mühüm tədbiri oldu.
Vitse-prezident Mayk Pensin və vitse-prezidentliyə namizəd Kamala Harrisin debat stilləri fərqlidir. Harris keçmiş prokuror, Pens isə keçmiş qubernator və radio aparıcıdır.
Ağ Evin koronavirusa qarşı mübarizə üzrə işçi qrupunun üzvü olan Pens administrasiyanın COVİD-19 qarşı cavabını müdafiə edib.
Siyasi təhlilçilərin bildirdiyinə görə, prezident seçki yarışlarının nəticəsi prezident Trampın koronavirus pandemiyasına qarşı necə mübarizə apardığına dair referendum olacaq.