Accessibility links

Pandemiya və qlobal demokratiyanın gələcəyi


Pandemiya Qlobal Demokratiyanın Gələcəyi ilə bağlı suallar doğurur
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Pandemiya Qlobal Demokratiyanın Gələcəyi ilə bağlı suallar doğurur

Dünya boyu rəsmilər koronavirusun yayılmasının qarşısının alınması səyləri çərçivəsində vətəndaşların azadlıqlarına görünməmiş məhdudiyyətlər qoyur. Lakin insan haqları qrupları bəzi hökumətlərin fövqəladə vəziyyətdən hakimiyyətin gücləndirilməsi məqsədilə istifadə etdiyinə dair xəbərdarlıq edir. Bununla belə, hətta demokratik ölkələrdə də səhiyyə böhranından tənqidçilərin susdurulması və dünya boyu təməl demokratik hüquqların pozulması üçün istifadə edilə biləcəyinə dair qorxular mövcuddur.

Human Rights Watch təşkilatının icraçı direktoru Kenneth Roth bir çox hallarda COVID-19-a qarşı mübarizədə əsas azadlıqlara fövqəladə məhdudiyyətlərin qoyulmasının zəruri olduğunu bildirir.

“Amma təəssüflər olsun ki, biz həmçinin virusdan öz tənqidçilərini təqib etmək və hakimiyyəti möhkəmləndirmək üçün istifadə edən hökumətləri də görürük”, Kenneth Roth bildirir.

Virusun yayılmağa başladığı Çində Uhandakı həkimlər yeni xəstəliyin təhlükələri ilə bağlı dünyanı xəbərdar etməyə çalışırdı.

“Çin rəsmiləri bu xəbərdarlığa əhəmiyyət vermək əvəzinə məlumatı saxladı və onları senzuraya məruz qoydu. Bu da virusun üç həftədə fəlakətli şəkildə yayılması və bu müddətdə qlobal epidemiyaya gətirib çıxarması ilə nəticələndi”, Human Rights Watch təşkilatının icraçı direktoru Kenneth Roth bildirir.

Sonrakı aylarda bir ölkədən o biri ölkəyə hakimiyyətə nəzarət dayandırıldı, deyə BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard xəbərdalıq edib.

“Məhkəmələr əvvəl olduğundan daha az gücə malikdir. Parlamentlər fövqəladə vəziyyətdə daha zəifdir”, o bildirib.

Macarıstanda baş nazir Viktor Orban mart ayında vaxt limitinin qoyulmamasına dair təcili qanun layihəsini tətbiq etdi.

“Bu, əslində ona heç bir nəzarət olmadan, parlament nəzarəti olmadan idarə etməyə imkan verir, seçkiləri ləğv edir”, Human Rights Watch təşkilatının icraçı direktoru Kenneth Roth bildirir.

Bir çox ölkələrdə küçə etirazları qadağan edilib.

“Əlcəzairdə hərbçilərin başçılıq etdiyi hökumət, ya da Rusiyada prezident Putini və ya Livan və İraq hökumətləri, Hindistanda baş nazir Modini götürün. Bunlar demokratiya tərəfdarlarının küçə etirazları ilə qarşılaşdığı hökumətlərdir. Bu etirazlar bir müddət dayanıb. Hamı bunu başa düşür. Amma hökumət belə rahatdır deyə bu cür sərbəst toplaşmaların qadağan edilməsini hansı müddətə qədər saxlayacaq?”, Human Rights Watch təşkilatının icraçı direktoru Kenneth Roth bildirir.

Karantinin tətbiq edilməsi üçün polisə əlavə səlahiyyətlər verilib. Keniyada 13 yaşlı bir oğlan təsadüfən güllə ilə vurulub. Keyp Taunda polis onlarla miqrantı kilsədən çıxarıb. Hindistanda polisin miqrantların üzərinə dezinfeksiyaedici sprey tökdüyü göstərilən video götüntülər var.

BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard:

“Mümkün qədər çox insanın həyatının xilas edilməsi adı ilə biz daha həssas qrupların həyatını böyük risk qarşısında qoyuruq. Tarix bu anların polisin öz səlahiyyətlərindən sui-istifadə etdiyi şərait olduğunu göstərir.”

Kenneth Roth Birləşmiş Ştatlarda 2001-ci ildə 11 sentyabr hadisələrinin buna nümunə olduğunu deyir.

“O vaxtlar da insanların qorxduğu anlar idi. Onlar hökumətlərdən onları qorumasını istəyirdi və bir çox hökumətlər onları müdafiə etmək üçün həqiqətən də lazımi işlər görmək əvəzinə bütün fövqəladə səlahiyyətləri ələ keçirdi və bunun aradan qalxması üçün uzun bir müddət tələb edildi”, Kenneth Roth bildirir.

İndi bizim azadlığımıza məhdudiyyətlər COVID-19-a qarşı mübarizədə vacib alət olaraq qəbul edilir. Amma bu məhdudiyyətlərin xəstəliyin özündən çox sürə biləcəyi narahatlıq doğurur.

XS
SM
MD
LG