Accessibility links

Pandemiya yeni anti-miqrant sentimentə səbəb olub


Beynəlxalq Miqrant Gününü qeyd edən Birləşmiş Millətlər Təşkilatı miqrantlara qarşı düşmənçilik və ksenofobiyanın artdığını bildirir. BMT bir çox həyatı riskə atan pandemiya zamanı miqrantlara damğa vurulması və təcrid edilməsinə qarşı xəbərdarlıq edib.

BMT agentlikləri qlobal əhalinin yeddidə biri, yəni bir milyard insanın köç etdiyini bildirir. Buna 281 milyon beynəlxalq miqrant, habelə münaqişə, zorakılıq və iqlim dəyişikliyi səbəbilə məcburi didərgin düşən 84 milyon insan daxildir.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino deyir ki, bir çox miqrant daha yaxşı iqtisadi imkanlar axtarışında təhlükəli səfərlərə çıxır, digərləri isə təbii və ya insanların səbəb olduğu fəlakətlər nəticəsində evlərindən didərgin düşürlər.

O deyir ki, bu insanların çoxu dünyadakı miqrasiya marşrutu boyu fəaliyyət göstərən vicdansız insan qaçaqçılarının əlinə keçir. Onun sözlərinə görə, COVID-19 miqrantların üzləşdikləri çətinlikləri artırıb.

“Bağlı sərhədlər, ayrı düşən ailələr və iqtisadi qeyri-sabitlikdən əlavə, artıq iki ildir davam edən qlobal pandemiya yeni anti-miqrant sentiment yaradıb və miqrantların getdikcə ölkə siyasətində alət kimi istifadə olunmasına gətirib çıxarıb. Bunların hər iki qəbuledilməzdir,” Vitorino deyib.

O vurğulayıb ki, miqrantlar yük olmaq əvəzinə dünya boyu əvəzsiz töhfələr verirlər. O deyir ki, miqrant işçilər, yəni tibb bacıları, səhiyyə işçiləri milyonlarla insanı COVID-19-dan sağaldıb. O bildirir ki, miqrantların yolladığı pullar pandemiya səbəbilə yoxsulluğa düçar olan ailələlərin həyatlarını xilas edib.

“Onların yaşadıqları ölkələrə verdikləri sosial və iqtisadi töhfələr və ötən il aşağı və orta gəlirli ölkələrə yolladlqları 540 milyard dollar pul bizim hamımızın faydalandığı sənaye, sahibkarlıq və icmanın gördüyü tədbirlərin nəticəsidir,” Vitorino deyib.

Lakin o bildirir ki, hələ də çox sayda hökumətlər miqrantları qanuni statusları səbəbilə pandemiyadan sosial və iqtisadi bərpa planlarından istisna edirlər.

BMT və beynəlxalq təşkilatlar hökumətləri miqrantlara COVID-19 vaksinlərinə çıxışla təmin etməyə çağırırlar. Onlar deyir ki, əksini etmək bütün insanların sağlamlığına təhlükə yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG