Accessibility links

“Pandemiyayla mübarizədə polis yox, tibb sisteminə önəm vermək lazımdır”


Toğrul Vəliyev

İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda pandemiyayla bağlı hazırkı durumdan və virusla mübarizə üsullarının nə qədər effektiv olub-olmaması ilə bağlı danışıb.

“Pandemiyayla mübarizədə polis yox, tibb sisteminə önəm vermək lazımdır”
please wait

No media source currently available

0:00 0:13:39 0:00

Cənab Vəliyevin sözlərinə görə, əvvəlcədən qurulmuş vahid siyasət olmadığından insanlar hökümətin pandemiyayala bağlı qərarlarına şüphəylə yanaşır.

Sanki eksperiment keçirirlər.

“Karantin effektiv üsul deyil. Fikrimcə əvvəlcədən qurulmuş vahid bir siyasət olmalıdır ki, insanlar bilsinlər nə və necə həyata keçiriləcək. Həmçinin hökümət də öz işini necə quracağını bilsin. Amma təəssüflər olsun ki, bu virusla mübarizə siyasət bəlli olmayan səbəblərə görə dəyişir. Sanki eksperiment keçirirlər. Nəticədə hökümətə inam olmadığı üçün insanlar arasında daha böyük təlaş yaranır. Eyni zamanda bu sərt qaydaların yoluxmanın qarşsınınn aldığına dair heç bir rəsmi nəticə də yoxdur.”

İqtisadçı ekspert deyir ki, əgər virusa yoluxma sayı indiki temple davam edərsə növbəti həftələrdə xəstəxanalarda vəziyyət gərinləşə bilər.

İndiki temp davam edərsə növbəti həftələrdə xəstəxanalar ciddi problemlərlə üzləşəcək.

Nəzərə almaq lazımdır ki, ölkə üzrə koronaviruslu xəstələr üçün 5102 yer ayrılıb (. Əlavə də 2 min yerlik 10 mobil xəstəxana tikilir ya da artıq hazırdır. Yəni ən yaxşı halda Azərbaycanda COVİD-19 xəstələri üçün 7 102 xəstəxana yeri var. Əgər artım eyni temple davam etsə ölkədəki xəstəxanaların qarşıdan gələn 1-2 həftə üçün kifayət edəcək qədər resursu var. Amma əgər gündəlik yoluxma sayı indiki kimi 300-dən çox olaraq qalmağa davam edərsə, o zaman xəstəxanalar ciddi problemlərlə üzləşəcək.”

Toğrul Vəliyev əlavə edir ki, karantin dövründə hökümət xəstəliyin ocaqlarını müəyyən edərək onları lokallaşdırmalı idi.

“Əgər karantindən sonra xəstəlik yenidən inkişaf etməyə başlayırsa, bu artıq insanların günahı deyil. Yəni 56 gün davam edən karantin dövründə ocaqlar müəyyən edilməyib və lokallaşdırılmayıb. Bunun birbaşa sübutu odur ki, məhz karantindən sonra Bakı Tikiş Evində (100-ə yaxın xəstə), Baku Steel Company-də (100-dən çox xəstə) və digər yerlərdə yoluxmalar qeydə alınmağa başladı. Misal üçün, Bakı Tikiş Evində səbəb kimi işçilərdən birinin anasının yoluxmuş həkim ilə təmasda olması göstərilib. Bu o deməkdir ki, təmasda olanları karantinə yerləşdirməyiblər.”

Gücdən istifadə əks effekt yaradır və nəticədə insanlar hökümətin dediklərinə heç inanmır.

Karantin tədbirləri zamanı hökümətin polisə həddindən çox imkanlar yaratdığını qeyd edən Toğrul Vəliyev qeyd edir ki, polis sisteminə yox, tibb sisteminə önəm vermək lazımdır.

“Polisə çox böyük imkanlar və güc veriblər. Fikrimcə bu doğru deyil. Bu nəticədə ona çevrilir ki, polis özünü sərhədsiz hesab edir və öz gücündən, vəzifəsindən sərhədsiz istifadə etməyə başlayır.

Xəstəliklə mübarizə üçün polis sisteminə yox, tibb sisteminə önəm vermək lazımdır. Bunun qarşısnın tibbi üsullarla almağa çalışmalısan. İnsanlarla ünsiyyətdə ol, onlara izah et. Bəhanə gətititlər ki, insanlar inanmır deyə məcbur qalıb gücdən istifadə edirik. Amma gücdən istifadə bunun əks effektini yaradır, nəticədə insanlar

XS
SM
MD
LG