Accessibility links

Pandora sənədləri qlobal korrupsiyanı ifşa edir


Pandora sənədləri qlobal korrupsiyanı ifşa edir
please wait

No media source currently available

0:00 0:03:52 0:00

Pandora sənədləri qlobal korrupsiyanı ifşa edir

Dünya liderləri, siyasətçilər və pop ulduzları anonim şirkətlər şəbəkəsi vasitəsi ilə böyük sərvətləri gizlətdikləri ortaya çıxan minlərlə şəxs arasındadır. "Pandora Sənədləri" kimi tanınan bu sənədlər bir neçə hüquqi şirkətin arxivlərindən sızan ofşor dünyasının təxminən 12 milyon sənədinin bir hissəsidir.

"Pandora Sənədləri"ndə ən təəccüblü açıqlamalar arasında Azərbaycan prezidenti İlham Əliyevin və ailəsinin gizli sərvətləri də var. Bu sızıntılar Əliyevlər ailəsinin və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyini göstərir.

Reyçel Devis Teka Transparency International-ın Korrupsiyaya Qarşı Mübarizə Kampaniyası qrupunda işləyib. "Bu ailə 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ölkənin bir çox vacib sənayesini və təbii sərvətlərini nəzarətə götürdü və onlardan sərvət toplamaq üçün istifadə etdi. Və bu, həmin ölkənin insanları hesabına edilir. Bunlar insanlara ziyanı olmayan hallar deyil. İnsanlar liderləri bu ölkələrin vətəndaşları arasında paylaşılması lazım olan sərvəti mənimsədiyi üçün əziyyət çəkir."

Sızan sənədlər İordaniya Kralı Abdullanın ABŞ və Britaniyada 100 milyon dollardan çox dəyərində gizli əmlak imperiyası qurduğunu göstərib. Bazar ertəsi Abdulla sərvətini gizlətməyə çalışdığı ilə bağlı iddiaları rədd edib. "Bizim gizlətməli heç bir şeyimiz yoxdur. Lakin biz daha güclüyük və bu, İordaniyanın hədəf alındığı ilk hadisə deyil."

Pakistanın Nazirlər Kabinetinin nazirləri və ailələrinin - Baş nazir İmran Xanın yaxın müttəfiqlərinin milyonlarla dollar dəyərində şirkətlərə sahib olduqları ortaya çıxıb. Xan bu məlumatların araşdırılacağını deyib.

Çexiyanın Baş naziri Andrey Babişin anonim şirkətlərindən istifadə edərək, Fransada 22 milyon dollarlıq əmlakı maliyyələşdirdiyi ortaya çıxıb. Bu həftə keçiriləcək ümummilli seçkilərdə yarışan Babiş bazar günü televiziya ilə keçirilən debatda hərəkətlərinə bəraət qazandırmağa çalışıb. "Pul Çex bankından göndərilib. Puldan vergi ödənilib. Bu mənim pulum idi və Çexiyaya qayıtdı."

Keniya Prezidenti Uhuru Kenyatta və ailəsinin altı üzvünün ondan çox ofşor şirkəti ilə əlaqəli olduğu və onlardan birinin 30 milyon dollardan çox olduğu ortaya çıxıb. Lakin Kenyatta ailəsinin dövlət əmlakını oğurladığına dair heç bir dəlil yoxdur.

Ofşor şirkətlərindən istifadə də daxil olmaqla, "Pandora Sənədləri"ndə açıqlanan fəaliyyətlərin çoxu qanunidir.

Aşkar edilən faktlar arasında oxşarlıqlar var: London. Britaniyanın paytaxtı və ona aid ərazilər - həqiqətən pulun kimə məxsus olduğunu gizlətmək üçün nəzərdə tutulmuş gizli hüquqi strukturlar şəbəkəsini təklif edən Vircin adaları. "Hal-hazırda məxfiliyin olduğu xarici bir ölkədə və qeydiyyatdan keçmiş bir şirkətdən istifadə etsəniz, anonim olaraq əmlak ala bilərsiniz. Qlobal elitaya lüks xidmətlər də təklif edilir və təəssüf ki, korrupsioner və cinayətkarların sərvətlərini gizlətməyə və idarə etməyə kömək etməkdən məmnun olan bir çox mütəxəssis, mühasib, hüquqşünas, əmlak agenti var" - deyə, Reyçel Devis Teka bildirir.

Partiya donorlarının korrupsiya ilə əlaqəsi olduğu ortaya çıxardıqdan sonra Britaniyanın hakim Mühafizəkar Partiyasının da ittihamlarda adı çəkilib.

Bazar ertəsi kansler Rişi Sunak Londonun vergidən yayınma mövzusunda nüfuzunun "utancverici" olduğunu inkar edib və hökumətin qlobal korrupsiya ilə mübarizədə əldə etdiyi təcrübənin güclü olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG