Accessibility links

Leon Panetta qadınların ön cəbhədə döyüşməsinə dair qadağanı aradan qaldırıb


Yüksək rütbəli Pentaqon rəsmisi deyib ki, ABŞ müdafiə naziri Leon Panetta qadınların ön cəbhədə döyüşməsinə dair qadağanı aradan qaldırıb.

Rəsmilərin sözlərinə görə, Panetta bu gün rəsmən qanuna dəyişikliyi elan edəcək. Panetta bu qanun dəyişikliyini 2011-ci ildə müdafiə naziri vəzifəsinə gələndən bəri həyata keçirmək istəyir. O, ötən iki il ərzində artıq qadınlar üçün 50 min hərbi iş yerləri açıb.

Rəsmilər Panettanın hərbi rəhbərlərə may ayınadək yeni qanunu həyata keçirmək və ordu, hərbi dəniz donanması, hava qüvvələri, eyni zamanda donanma və sərhəd keşik xidməti kimi ABŞ hərbi xidmətlərində ön cəbhədə qadınları yeni işlərlə təmin etmək üçün vaxt verib.

Orduda döyüş cəbhələrində xidmət göstərmək karyerada irəliləyiş üçün olduqca mühümdür. Qadınlar uzun zamandır xidmətlrəinin qiymətləndirilməməsindən və ayrı-seçkilikdən şikayətlənirdi.

Lakin qadınlar bəzi döyüş xidmət növlərində iştirak edə bilməyəcək və onlar hər bir iş üçün ciddi fiziki tələblərə cavab verməli olacaq.
XS
SM
MD
LG