Accessibility links

Qarışqayeyən planetimizdə ən çox qaçaqmalçılığa məruz qalan heyvandır


Qarışqayeyən planetimizdə ən çox qaçaqmalçılığa məruz qalan heyvandır
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Baytar Kerin Lourens “Afrikanın panqolin həkimi” - “Qarışqayeyən həkimi” olaraq tanınır. Səhiyyə işçiləri burada qaçaqmalçılıq qurbanları olan qarışqayeyənləri xilas etməyə çalışır. Onun yeni üsulla qida verməsi və qan təhlilləri çox vaxt bu heyvanların həyatlarını xilas edir.

Kökü kəsilməkdə olan, Cənubi və Şərqi Afrikada tapılan qarışqayeyən (panqolin) qaçaqmalçıların əlindən xilas olaraq, müalicə üçün doktor Karin Laurensə gətirilən 50 qarışqayeyəndən biridir. Onun bu, pulcuq örtüklü heyvana verdiyi müalicə yəqin ki, onun tezliklə geri, təbiətə qayıtması deməkdir. “Temmink qarşıqayeyən barədə bizdə çox az məlumat var. Onların qanunsuz ovlanması Asiyada uzun zamandır davam edir. Yəni onları araşdırmaq daha asandır. Buradakıları isə biz tək-tək araşdırırıq. Asiya qarışqayeyənləri yeməyi qabdan yeyir, bizimkilər isə yox" - deyə, doktor Karin Laurens bildirir.

Doktor Laurensin komandası qarışqayeyənləri xilas etmək üçün onlara az yağlı, yüksək zülallı pişik yemini boru vasitəsilə verməyə başlayıb. Professor Leit Meyerin dediyinə görə, onun qan təhlilləri də hər qarışqayeyənin müalicə prosesini xeyli asanlaşdırıb.“O, çox vacib müalicə formaları aşkar edir. O, bu heyvanların normal fizioliji inkişafları barədə çox vacib məlumatlar əldə edir, onların normal şəraitdə bədənlərinin necə çalışdığını öyrənir. Və bütün bunlar dünya boyu qarışqayeyənlərin müalicəsinə yardım göstərəcək.”

Qaçaqmalçılar qarışqayeyənləri əsasən Asiya bazarlarında satır. Orada onlardan ənənəvi dərmanlar hazırlanır, ətləri isə delikates kimi kq-mı $1,000 dollardan satılır.

“Afrika Panqolinləri İşçi Qrupu” təşkilatının bildirdiyinə görə, əgər qarışqayeyənlərin ovlanması davam edərsə, Afrikada mövcüd olan dörd növ qarışqayeyənlərin kökü qarşıdan gələn 20 il ərzində kəsiləcək. Lakin panqolinlərin meşələrdə qorunması onların brakonyerlər tərəfindən kökünün kəsilməsinin qarşısını almaq demək deyil.

Qarışqayeyən planetimizdə ən çox qaçaqmalçılığa məruz qalan heyvandır. Doktor Laurens kimilərin köməyi ilə ola bilsin bu nadir heyvanın kökünün kəsilməsinin qarşısı alına bilər.

XS
SM
MD
LG