Accessibility links

‘Pantürkislərlə əməkdaşlıq’-da günahlandırılan fəal zəmanətlə sərbəst buraxılıb


Məhəmməd Hadi Abbaszadə

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində İran İnqilab Məhkəməsi tələbə fəal Məhəmməd Hadi Abbaszadənin ittihamlarını oxuduqdan sonra 300 milyon tümənlik zəmanət qarşılığında sərbəst buraxılmasına hökm verib.

Abbaszadə keçən günlərdə “bəzi açıqlamalar vermək üçün” İranın kəşfiyyat və asayiş polisinə çağrılmışdı.

Abbaszadə bölücü qruplar və partiyaların xeyrinə rejimə qarşı təbliğat fəaliyyətində günahkar bilinir.

Ettelaat tərəfindən sorğu-sual edilən türk fəal avqustun 4-də İnqilab Məhkəməsinə cəlb edildikdən sonra “bölücü qruplar və partiyaların xeyrinə rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək, Azərbaycanın gənclərini “aldatmaq” və “pan-Türkist qruplar və partiyalarla əməkdaşlıq” kimi ittihamlarla üzləşib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) bildirdiyinə görə, Məhəmməd Hadi Abbaszadə mədəni fəaliyyətləri üzündən bu ittihamlara məruz qalıb.

Abbaszadə bundan əvvəl də Xoy şəhərində keçirilən etiraz aksiyalarına qatılması səbəbilə həbs olunub.

XS
SM
MD
LG