Accessibility links

Papa dua tətbiqetməsini təqdim etdi


Dünya Gənclər Günü ilə əlaqədər müxtəlif ölkələrdən toplaşan on minlərlə gənclərlə görüşməyə hazırlaşdığı bir zaman Roma Papası gənclərlə onların daha rahat anladığı platforma – İnternet ilə ünsiyyətə girməyə çalışıb.

Bazar günü həftəlik dua məasimi zamanı Roma Papası Fransis Vatikanın “Click to Pray” adlı rəsmi tətbiqetməsini təqdim edib.

Papa Müqəddəs Pyotr meydanında toplaşan inanclılara bildirib ki, “sosial şəbəkələr dəyərlər və icma yaradıcılığı istəyini ifadə etmək üçün vasitələrdən biridir.”

O həmçinin katoliklərdən 22-27 yanvar tarixlərində keçiriləcək gənclər tədbiri üçün dua etmələrini xahiş etdi.

II İohann Pavel tərəfindən əsası qoyulan Dünya Gənclər Günü 1985-ci ildən bəri keçirilir. Tədbir dünyanın müxtəlif şəhərlərində hər iki və ya üç ildən bir keçirilir. Bu, Papa Fransisin üçüncü Dünya Gənclər Günü tədbiridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG