Accessibility links

Papa Fransis Kubaya səfər edəcək


O, Kubaya səfər edən üçüncü Roma Papası olacaq

Roma papası Fransis sentyabr ayında Birləşmiş Ştatlara səfərindən öncə Kubaya səfər etməyi planlaşdırır.

O, kommunist adaya səfər edən üçüncü papa olacaq.

II İohan Pavel və Benedikt XVI Kubaya sabiq lider Fidel Kastro ilə görüşmək məqsədilə Kubaya səfər edib.

Vatikan rəsmiləri Papa Fransisin ABŞ və Kuba əlaqələrinin bərpasında böyük diplomatik rol oynadığını bildirib. O, ötən il hər iki ölkənin nümayəndə heyətləri ilə Vatikanda görüş keçirib.

ABŞ-da Roma papası Konqres qarşısında çıxış edəcək və prezident Barak Obama ilə görüşəcək. Daha sonra o, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatını ziyarət edəcək və Filadelfiyada təşkil ediləcək kilsə mərasimində iştirak edəcək.

XS
SM
MD
LG