Accessibility links

Ukrayna Paralimpiya Oyunlarını boykot edə bilər


Rusiya Krımda hərbi münaqişəni gərginləşdirdiyi təqdirdə Ukraynanın paralimpiyaçıları Soçi şəhərində keçirilən Paralimpiya Oyunlarında iştirakını dayandıracağını deyib.

Ukrayna Milli Paralimpiya Komitəsinin prezidenti Valeri Suskeviç bu gün mətbuat konfransında müxbirlərə Rusiyanın Krımda hərbi müdaxiləsinə baxmayaraq hələlik Ukraynanın oyunlarda iştirak edəcəyini deyib.

Suskeviç dünən Rusiya prezidenti Vladimir Putinlə görüşüb və onu oyunların keçirildiyi müddətdə ölkələr arasında sülhün qorunub saxlanılmasına çağırıb.

O, cənab Putinin heç nə vəd etmədiyini, amma Putinin onu dinləməsinin mühüm olduğunu əlavə edib.

Bir çox ölkə Rusiyanın Ukraynaya dair mövqeyinə görə nümayəndələrini Paralimpiya Oyunlarına göndərməmək qərarına gəlib.
XS
SM
MD
LG