Accessibility links

Britaniya: Əfv olunan məhbuslar çox güman ki, Vaqnerdə xidmət etməyə davam edəcəklər


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı son baş verənlər:

  • Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad edib. Səfir Zelenskinin Britaniyanın müdafiə naziri Ben Vallasın Ukraynanın müttəfiqlərindən aldığı silahlara görə daha çox minnətdarlıq nümayiş etdirməli olduğuna dair sözlərinə cavabını açıq-aşkar tənqid etmişdi. Ancaq prezidentin ofisi Vadim Pristaikonun vəzifədən çıxarılmasının səbəbini açıqlamayıb.
  • Belarus deyir ki, ordusu Rusiyanın Vaqner muzdlu qrupunun döyüşçüləri ilə Belarus-Polşa sərhədində təlim keçir.
  • Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı bir araya gələrək Ukrayna üçün təklif olunan dörd illik 22.4 milyard dollarlıq hərbi yardım planını müzakirə ediblər.

Britaniya Müdafiə Nazirliyi cümə günü bildrib ki, Vaqner Qrupunun ən sonuncu məhkum-məhbus muzdluları “gələcək günlərdə” məcburi xidmətlərindən azad edilmələri gözlənilir.

Nazirlik Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat hesabatında bildirib ki, “əhəmiyyətli sayda” əfv olunan məhbus “çox güman ki,” peşəkar podratçı kimi Vaqnerlə işləməyə davam edəcək. Nazirliyin bildirdiyinə görə, Vaqnerin məhbusları işə cəlb etmək prosesinə indi artıq Rusiya nəzarət edir.

Vaqner Qrupu ötən ay Rusiya Prezidenti Vladimir Putinə qarşı qiyam aparıb.

Britaniya nazirliyi bildirib ki, Vaqner Qrupunun məhbusları cəlb etmək proqramının sonu müasir hərbi tarixin ən qanlı epizodlardan birini qeyd edir. Belə ki, son bir neçə ay ərzində 20,000-ə yaxın məhkum öldürülüb.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Vilyam Burns cümə axşamı ABŞ-ın millit təhlükəsizlik və xarici siyasət konfransı olan Aspen Təhlükəsizlik Forumunda deyib ki, qiyam “çox mürəkkəb bir rəqs” idi və Putin böyük ehtimallaVaqner Qrupunun lideri Yevgeni Priqojindən qisas almağın vaxtını gözləyir. “Mənim təcrübəmə əsasən, Putin əsas qisas əsabəsidir və mən Priqojin əlavə cəzadan qurtulsa, çox təəccüblənərəm,” Burns deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində bildirib ki, Rusiya bazar ertəsindən bəri Ukraynaya və “əhəmiyyətli dərəcədə Odesa şəhəri və Odesa bölgəsi, Mikolayiv və başqa cənub şəhərləri və icmalarına” qarşı 70-ə yaxın “müxtəlif tipli” raketlərdən istifadə edib.

O deyib ki, təəssüf ki, “səmamızın müdafiəçiləri“bütün Ukrayna səmasını” qoruya bilməyiblər, ancaq Ukrayna başqa hava hücumundan müdafiə sistemləri ələd etməyə çalışır.

Rusiya cümə axşamı ardıcıl olaraq üçüncü gücə Ukraynanın cənub şəhərlərinə dronlar və raketlərlə hücum edib və ələlxüsus da ölkənin Qara Dənizdəki əsas limanı Odesanı hədəf alıb.

Ukrayna rəsmiləri bildirib ki, Odesada iki nəfər ölüb, Mikolayivdə isə ın azı 19 nəfər yaralanıb.

XS
SM
MD
LG