Accessibility links

Parisdə hələlik sakitlikdir, şəhər küçələrindən isə zibillər hələ də yığılmayıb


Parisdə etiraz aksiyası zamanı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. 17 mart, 2023.
Parisdə etiraz aksiyası zamanı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. 17 mart, 2023.

Həftə sonu Fransada prezident Emmanuel Makronun mübahisəli pensiya islahatına qarşı bir sıra etiraz aksiyaları planlaşdırılıb. Bu arada isə Paris küçələrində və ətrafında zibil yığanların tətil keçirməsi səbəbilə toplanan zibil iylənməyə davam edir.

Fransa paytaxtında iki gücə boyu minlərlə insanların iştirakı ilə keçirilən etirazlardan sonra şənbə günü Parisdə qorxunc sükunət hökm sürüb. Sadəcə olaraq şəhərin elit Place de la Concorde adlı hissəsində qəzəbli etirazçıların izdihamı alqışlaları altında Makronun maketini tonqalın içinə atıblar. Polis insanları gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdıb. Yüzlərlə insan saxlanılıb.

Etirazçılar Makron hökumətini devirmək və Milli Assambleyada səs vermə olmadan tətbiq etməyə çalışdığı qeyri-populyar pensiya yaşını artmağı nəzərdə tutan qanunu ləğv etmək üçün artımını məhv etmək üçün qanunvericilərə təzyiq göstərməyə çalışırlar.

Şənbə günü Parisdə, habelə Marsel və Nant şəhərlərində əlavə etirazlar planlaşdırılmışdı, amma onların əvvəlki günlərlə müqayisədə daha kiçik miqyaslı olacağı gözlənilirdi.

Parisin 12-ci rayonunda şənbə günü bir cörək dükanından bir neçə kilometr aralıda zibil toplanıb və mülayim hava şəraiti və günəş işığı səbəbilə üfunət qoxmağa başlayıb. Həftə sonu dükandan çörək alan bəzi Paris sakinləri Makron administrasiyasını günahlandırıb.

“Hökumət mövqeyini dəyişməli və insanları dinləməlidir, çünki baş verənlər son dərəcə ciddidir. Və biz radikallaşmanın şahidi oluruq,” 64 yaşlı psixoloq İsabel Verjiet deyib. “Bu məsələdə əsas məsuliyyəti hökumət daşıyır,” o əlavə edib.

Bazar ertəsi nəqliyyatdan tutmuş enerjiyə kimi bir neçə sahədə işçilərin tətillər keçirməsi planlaşdırılıb. Mülki Aviasiya idarəsi Parisin ikinci hava limanı Orly-də uçuşların 30, Marseldə isə 20 faizinin təxirə salınmasına çağırıb.

Mötədil CFDT həmkarlar ittifaqının başçısı Loran Berjer deyib ki, təqaüd islahatı “geri çəkilməlidir.”

“Biz zorakılığı pisləyirik…Ancaq qəzəbə baxın. O çox güclüdür, hətta bizim sıralarımızda,” o, RMC radiosuna deyib.

Cümə günü, Baş nazir Elizabet Born xaotik aşağı palatada səsvermədən yayınmaq üçün xüsusi konstitusiya səlahiyyətindən istifadə edəndən bir gün sonra, sağçı və solçu qanunvericilər bazar ertəsi etimadsızlıq səsverməsinin keçirilməsi üçün təkliflər irəli sürüblər.

XS
SM
MD
LG