Accessibility links

İŞİD-in Avropa strategiyası [Təhlil]


Cümə günü Paris-də baş verən terror hadisəsinə görə məsuliyyəti öz üzərinə götürən İslam Dövləti qrupu bildirib ki, onlar konsertin keçirildiyi bina və restorantlarda hücuma incəliklə hazırlaşıblar.

27 yaşlı Olqa bazar günü Parisdə yerləşən Rue de Charonne restorantının önünə hadisə zamanı həlak olan qonşusu üçün gül qoyub. O, baş verənlərin mənasız olduğunu deyir.

Mən bunun nə üçün baş verdiyini başa düşə bilmirəm, nəyə görə bu insanlar öldürüldülər

“Mən bunun nə üçün baş verdiyini başa düşə bilmirəm, nəyə görə bu insanlar öldürüldülər,” deyə iki körpə anası bildirir. “Mən özümlə skripka daşıyıram. Çünki musiqinin bizi qoruyacağına inanıram,” o, əlavə edir.

Parislilər üçün baş verən terror hadisəsi tamamilə mənasızdır. Lakin təhlilçilər deyir ki, İslam Dövləti qrupunun burada təhlükəli məqsədi var. Təhlilçilər Qərb dövlətlərinin və vətəndaşların həddən artıq buna reaksiya verməsi terroristlərin işinə yarayacağını deyir.

Militant qrupun yayımladığı Dabiq jurnalında dərc olunmuş “Boz zona” adlı məqalədə deyilir ki, müsəlmanlar yaxşı və pisi, Xəlifə və Kafiri ayırmaqda çətinlik çəkir. Məqaləni yazan qrupun yüksək səviyyəli lideri Usama bin Ladendən sitat gətirərək deyir ki, "siz ya bizmlə yaxud da “Qərb Səlibçiləri ilə olmalısınız.”

İŞİD döyüşçüləri
İŞİD döyüşçüləri

Təhlilçi Skot Atran deyir ki, İŞİD-in nail olmaq istədiyi də budur. İŞİD strateqlərinin fikrincə cümə günü baş verən hücumda məqsədə nail olunub. Onlar Avropanı müsəlmanlar və qeyri-müsəlmanlar arasında ixtilafa təhrik etmək istəyirlər. Onlar ifrat reaksiyanın terroru artıracağını və beləliklə müsəlmanlar cihad düşərgələrinə qoşulub-qoşulmamaq arasında seçim etmək məcburiyyətində qalacağını düşünür.

“Avropada müsəlmanlara qarşı kəskin reaksiya, Qərbin Yaxın Şərqdə hərbi əməliyyatları artırmasına və İŞİD-in bundan yararlanmasına gətirib çıxaracaq,” deyə Skot Atran bildirir. “Bu xaosu idarə itmə, yaradmaq və dəstəkləmək üçün əsas strateqiyadır,” o əlavə edir.

Avropa qitəsi terror hadisələri ilə yanaşı əsasən müsəlman ölkələrindən olan qaçqınların axını ilə də üzləşib. Bu anti-miqrant sağçı milliyətçi partiyalarıda tətikləyir.

Avropada müsəlmanlara qarşı kəskin reaksiya, Qərbin Yaxın Şərqdə hərbi əməliyyatları artırmasına və İŞİD-in bundan yararlanmasına gətirib çıxaracaq. Bu xaosu idarə itmə, yaradmaq və dəstəkləmək üçün əsas strategiyadır

Milliyətçilərin və ya adi hirsli vətəndaşların yaratdığı əks-zorakılıq polis qüvvələrinin Avropa boyu üzləşdiyi bir digər problemdir.

Cümə günü Parisdə baş verən hadisədən sonra polis qüvvələrinin sayının Roma şəhərində artması ilə yanaşı miqrantların yerləşdiyi düşərgələrdə də polis nəzarəti güclənib. Polislər hirsli vətəndaşların Parisdə olan hadisələrə görə düşərgələrə hücum edəcəyindən narahatdır.

Avropa İslahatları Mərkəzinin direktoru Çarls Qrant deyir ki, anti-miqrant siyasətçilər və İslam dövləti qrupu arasında ortaq maraq mövcuddur. O düşünür ki, militantlar Fransa Xalq Cəbhəsi partiyasının lideri Marine Le Pen kimi sağçı siyasətçiləri provokasiyaya çəkmək istəyirlər. Belə ki, terror aktının ardınca ultra-sağçılar Fransa məscidlərin bağlanmasına çağırıblar. "İslamçıları ölkədən çıxarın" şüarları ilə etiraz edən nümayişçilərə Lille şəhərində polis nəzarət etməyə çalışırdı.

Fransada ultra-sağçı qüvvələr çoxdandır anti-müsəlman ritorikası ilə elektoral bazanı genişləndirməyə can atırlar.
Fransada ultra-sağçı qüvvələr çoxdandır anti-müsəlman ritorikası ilə elektoral bazanı genişləndirməyə can atırlar.

“İŞİD Marine Le Penin daha güclü olmasını istəyir. Onlar sağçıların məscitlərə hücum etmələrini istəyir. Çünki nə qədər çox müsəlman təqibə məruz qalarsa bir o qədəri silaha sarılıb qərbi Avropada mübarizəyə başlayacaq. Avropa 11 sentyabrdan sonra Əl-Qaidənin əlinə imkan verilməsi səhvini təkrarlamamalıdır. Biz əsəblərimizə sahib çıxmalıyıq, dinlərə qarşı tolerantlıq nümayiş etdirməliyik. Onlar da bizim kimi İslam Dövləti qrupuna qarşı eyni hissləri paylaşır.”

Həyəcan sıqnalı digər Avropa ölkələrinə də yayılır. Qonşu İtalyada təhlükəsizlik tədbirləri gücləndirilib.

Atran deyir ki, İŞİD daha asan hədəfləri nişan alır. Bu, təhlükəsizlik qüvvələrinin həmin yerləri qorumasını çətinləşdirir və şübhəli evlərə reydlərin sayını artırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG