Accessibility links

Parisin məşhur Luvr muzeyi qismən açılmağa başlayıb


Parisin məşhur və dünyanın ən çox ziyarət edilən muzeyi Luvr COVID-19-un yayılması səbəbi ilə 16 həftə bağlı qaldıqdan sonra bazar ertəsi qismən açılmağa başlayıb.

Muzeyin direktoru Jan-Luk Martinezin sözlərinə görə, təxminən dörd ay müddətində bağlı qalan muzeyin bilet satışında 45 milyon dollardan çox pul itirdiyini bildirib və deyib ki, dünyanın virusa uyğunlaşması üçün muzey bir neçə il də ziyarətlərinin sayını azaltmaqda davam edə bilər.

Luvrun "Mona Lisa" kimi ən məşhur sənət əsərləri və əntiq kolleksiyasının olduğu salonlara giriş mümkün olsa da, sosial məsafənin daha çətin olduğu qalereyaların üçdə biri bağlı qalacaq.

Leonardo da Vinçinin şah əsərinin qarşısında selfi çəkilməsinə icazə verilmir və ziyarətçilərdən salonlarda müəyyən yerlərtdə dayanmaları tələb olunur.

Keçən il Luvrın 9,6 milyon ziyarətçisinin 70 faizi xaricilər olub, lakin bu il vəziyyət çox fərqlidir.

Muzey boşluğu doldurmaq üçün daha çox fransız ziyarətçilərin olacağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG