Accessibility links

Paris Notr-Dam kilsəsi 5 ilə bərpa oluna bilər


Mütəxəssislər Fransada Notr-Dam kilsəsinin struktur sabitliyini yoxladığı və əsrlərlə yaşı olan Parisin simvollarından birinin güclü yanğından sonra zərərin dərəcəsini müəyyən etməyə çalışdığı bir vaxt prezident Emmanuel Makron kilsəni beş il ərzində bərpa etmək üçün iddialı planın həyata keçirilməsniə çalışır.

Makron çərşənbə axşamı müraciətində kilsənin "daha da gözəl" şəkildə yenidən qurulması təklifini verib və çərşənbə günü kabinet ilə yenidənqurma işləri üçün lazım olan maliyyə vəsaitini müzakirə edib.

Fransanın zəngin vətəndaşları və iş adamları artıq başlanğıc üçün $800 milyon dollar vəd verib.

Bazar ertəsi “Notre Dame” kafedralında baş vermiş yanğını söndürmək üçün 400-dən çox xilasetmə qrupu 9 saatdan çox vaxt sərf edib.
Bazar ertəsi “Notre Dame” kafedralında baş vermiş yanğını söndürmək üçün 400-dən çox xilasetmə qrupu 9 saatdan çox vaxt sərf edib.

Lakin tarixi kafedralın bərpa işlərinin aparılması üçün məsul olanlar bu işi başa çatdırmaq üçün onilliklər keçə biləcəyini bildiriblər.

Bazar ertəsi axşamı başlanan yanğını söndürmək üçün 9 saat tələb olunub və 400 yanğınsöndürən cəlb olunub.

Çərşənbə günü axşam Fransanın bütün kafedralları yanğının başlamasından sonra keçən 48 saatı qeyd edərək zəng çalacaqlar.

Notr-Dam kilsəsinin bürcü və damı dağılıb, ancaq divarları, ikonik zəng qüllələri və dəyirmi vitraj şüşəli pəncərələr xilas edilib.

Rəsmilərin sözlərinə görə, kilsəsinin orqan kimi bəzi sənət əsərlərinə ziyan dəyib, lakin əsərlərin və artefaktların çoxuna zərər dəyməyib və onlar Luvr muzeyinə aparılacaq.

Kilsədəki ən müqəddəs eksponatlarından hesab edilən və İsa Məsihin çarmıxa çəkilən zaman geydiyinə inanıllan Tiikanlı Tac və eləcə də Fransa kralı IX Lüdovikin geydiyi 13-cü əsrə aid kitelə ziyan dəyməyib.

Dəymiş zərərin həcmini qalan tikililərin təmir briqadalarının daxil olub, qiymətləndirməsi üçün kifayət qədər təhlükəsiz elan edilməsinə qədər müəyyənləşdirilməsi mümkün olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG