Accessibility links

Paris Notr-Dam kilsəsi alovlanıb


Fransanın paytaxtındakı Paris Notr-Dam kilsəsi alovlanıb.

Şahidlər yanğının şəkillərini sosial mediada paylaşır.

Notr-Damın yanğınını izləmək dəhşətlidir

Yanğının ciddiliyi və səbəbi hələ ki, bəlli deyil.

Fransa xəbər agentliyinin məlumatında bildirilir ki, yanğına binada aparılan yeniləşdirmə işləri səbəb ola bilər.

Yanğın səbəbi ilə prezident Emmanuel Makronun televiziya ilə nümayiş etdiriləcək hesabat məruzəsi təxirə salınıb.

ABŞ prezidenti Donald Tramp tvit edərək yazıb ki, Notr-Damın yanğınını izləmək dəhşətlidir. "Yanğını söndürmək üçün bəlkə uçan su tankerlərindən istifadə edilməlidir. Təcili hərəkət edilməlidir" , prezident yazıb.

ABŞ-ın birinci xanımı Melania Tramp Twitter-də Parisdə hər kəsin təhlükəsizliyi üçün dua etdiyini yazıb.

Orta əsrlərə məxsus bu kilsə Avropada ən çox ziyarət edilən tarixi məkanladan biridir.

Kafedralı il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirib.

2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG