Accessibility links

Parisdə Notrdam kilsəsi qarşısında naməlum şəxs polis zabitinə hücum edib


Fransanın əks-terror idarəsi çərşənbə axşamı Notrdam kilsəsində polis zabitinə hücumla bağlı təhqiqata başlayıb. Bu haqda baş prokurorluq idarəsi açıqlama verib.

Paris şəhər polis idarəsinin bildirdiyinə görə, polis zabitinə balta ilə hücum edən şəxs polis işçiləri tərəfindən güllə ilə vurularaq yaralanıb.

Polis insanları Parisin ən görməli yerlərindən biri olan Nortdam kilsəsinin ətrafından çəkilməyə çağırıb. Kilsənin yerləşdiyi ərazi möhürlənib.

Paris şəhər polis idarəsi birliyinin nümayəndəsi Sedrik Mişelin bildirdiyinə hücum polis işçisinin kilsənin qarşısındakı meydançada keşik çəkdiyi zaman baş verib.

Polis idarəsinin sözçüsü bildirib ki, rəsmilər hazırda xəstəxanada olan hücumçunun təkbaşına hərəkət etdiyinə əmin deyillər.

XS
SM
MD
LG