Accessibility links

Parisdə polis işçilərinə hücum edən şəxs əlcəzairli tələbə olub


Fransa hökumətinın sözçüsü Paris Notrdam kilsəsində polis zabitlərinə çəkiclə hücum edən şəxsin doktorluq dissertasiyası üzərində işləyən tələbə olduğunu və radikalizmlə əlaqədə şübhəli bilinmədiyini deyib.

Daxili işlər naziri Jerard Kolomb çərşənbə axşamı hücum edən şəxsin “bu Suriyaya görədir” dediyini bildirib. Cənab Kolomb müxbirlərlə görüşü zamanı deyib ki, hücumçunun üzərində aşkar edilən şəxsiyyət vəsiqəsindən onun əlcəzairli olduğu məlum olub. Nazir həmin şəxsin hücümu təkbaşına həyata keçirdiyini deyib.

Tələbənin evində aparılan axtarış zamanı onun İslam Dövləti qrupuna sədaqətlı olduğunu dediyi video aşkar edilib.

Hücum baş tutmadığı anda polis kilsəyə girmək üçün qapıda gözləyən turistləri içəri salaraq qapıları bağlamış, kilsənin qarşısındakı meydan boşaldılmış və ətrafda axtarış aparılmışdır.

Hücuma məruz qalan iki polis işçisi xəstəxanaya çatdırılıb, onlardan heç biri ciddi xəsarət almayıb.

XS
SM
MD
LG