Accessibility links

Parisdə üç PKK üzvü öldürülüb


Parisdə Kürdüstan Fəhlə Partiyası-PKK-nın 3 üzvü öldürülüb. Fransanın daxili işlər naziri hücumun sui-qəsd olduğunu deyib. Cinayət törədilən yerə səfər edən Manuel Valls hadisəni qəbuledilməz adlandırıb.

Öldürülən 3 qadının cəsədi Kürdüstan İnformasiya Mərkəzində aşkar edilib. Onlardan biri-Səkinə Cansız PKK qrupunun təsisçisidir. Digər iki qadından biri mərkəzin işçisi, o biri isə gənc fəaldır.

Türkiyədə geniş muxtariyyət uğrunda mübarizə aparan bu qrupun üzvləri zənglərə cavab vermədikdən sonra onların ailə üzvləri tərəfindən aşkar edilib.

Kürdüstan İnformasiya Mərkəzi qarşısında toplaşan bir qrup insan “Biz hamımız PKK-yıq!” şüarı səsləndirib.

Onlar qətllərə görə Türkiyə hökumətini günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG