Accessibility links

Parisdə 4 polis işçisi qətlə yetirilib


Polis həmkarlar ittifaqı rəsmisinin bildiriyinə görə, cümə axşamı Parisin Baş Polis İdarəsinə bıçaqla edilən hücum zamanı 4 polis zabiti öldürülüb.

Loik Traver hücumçunun polis tərəfindən ölürüldüyünü bildirib.

Traver hücumçunun polis qərargahının üzvü olduğuna inandığını desə də, bunun təsdiqlənməli olduğunu bildirib.

Rəsmi hücumun qərargahın ofisində başlandığını və idarənin digər hissələrində davam etdiyini deyib.

Paris şəhərinin meri Ann Hidalqo bir neçə nəfərin öldüyü barədə xəbəri təsdiqləyib.

Parisin mərkəzində, Notre-Dame kilsəsinin yaxınlığında baş verən hücumun səbəbi ilə bağlı məlum deyil.

Travers hücumda şübhəli bilinən şəxsin iş yerində heç bir problemi olmadığını deyib.

Şəhərin Nəqliyyat İdarəsi hücumun həyata keçirildiyi qərargahın ətrafındakı ərazinin mühasirəyə alındığını və təhlükəsizlik səbəbiylə yaxınlıqdakı metro stansiyanın bağlandığını bildirıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda iki nəfər seldə həlak olub
please wait

No media source currently available

0:00 0:12:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG