Accessibility links

Parisdə qlobal istiliyə qarşı razılıq əldə olunub [Video]


Parisdə qlobal istiliyə qarşı mübarizədə razılıq əldə olunub
please wait

No media source currently available

0:00 0:03:18 0:00

196 ölkənin nümayəndəsi Parisdə qlobal istiliyə qarşı mübarizədə razılıq əldə ediblər. Əldə olunmuş razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı sənaye öncəsi səviyyədə olsun. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollar investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçiriləcək. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.

Loren Fabye: “Mən razılaşmaya münasibətin müsbət olduğuna inanıram. Heç bir etiraz görmürəm. Paris iqlim razılaşması qəbul olunmuşdur.”

Fransanın xarici işlər nazirinin bu qərarı günlərdir davam edən danışıqlar və illədir narahatlığa səbəb olan iqlim dəyişikliyi barədə sualın nəticəsidir.

200-ə yaxın ölkənin nümayəndəsi ilk dəfədir ki, yekdilliklə razılaşma əldə edib. 31 səhifədən ibarət razılaşma qlobal istiliyə qarşı mübarizəni necə aparılacağı barədədir.

Şənbə günü sammitdə iştirak edən nümayəndələr BMT-nin baş katibinin çıxışını dinləyiblər.

Ban Gi Mun: “Milli maraqlara xidmət etməyin ən yaxşı yolunun qlobal maraq və həmrəylik çərçivəsində görüləcəyinin qəbul edilməsinin vaxtı çatıb.”

Əsas məsələlərdən biri olan zəngin və yoxsul ölkələr arasında iqlim dəyişikliyi proqramı üçün nə qədər yardim göstəriləcəyi müəyyən edilməyib.

Danışıqlarda kollektiv, mərkəzi fəaliyyətin aparılması bir çox dünya liderləri tərəfindən qəbul edilib.

Barak Obama: “Bu dönüş nöqtəsidir. Biz axır ki, qərara gəldik ki, planetimizi qorumaq vaxtıdır. Bizim xalqlarımız bunun aktuallığını və bu haqda iş görməyin bizim əlimizdə olduğunu qəbul edir.”

ABŞ dövlət katibi Con Kerri bu razılaşmanın əldə olunması üçün çox səy göstərərək Birləşmiş Ştatların iqlim investisiyasını iki qat artırıb 800 milyon dollar edəcəyinə söz verib.

Razılaşmaya Hindistan, Çin, Səudiyyə Ərəbistanı və Malasiya etiraz bildirsə də sənəd qəbul edilib. Onlar sənayeləşmiş ölkələrin bu problemə daha çox sahib çıxmasını deyiblər. Bu ölkələrin iqtisadiyyatının fosil yanacağa bağlı olduğu üçün yaşıl enerjiyə keçmək xüsusilə çətin olacaq.

Sammitə ev sahibliyi edən Fransa lideri ölkələri kollektiv şəkildə düşünməyə çağırıb. O bu razılağı hamı öz marağı üçün oxusa hər kəs üçün mükəmməl olmayacağını deyib. Lider razılaşmanın ortaq marağa xidmət etdiyini vurğulayıb.

Fransua Olland: “Bu insanlıq üçün böyük addımdır.”

Afrika ölkələrindən bəziləri bu razılaşmaya əvvəlcə istəksiz olsalar da daha sonra Fransa və digər ölkələrin Afrika ölkələrində yaşıl enerji lahiyələrinə milyardlarla dollar investisiya vədi onları razı salıb.

Edna Moleva: “Bu, heç vaxt mükəmməl olmayacaq. Bu danışıqlarda götür-qoy stiuasiyasıdır. Bəzi insanların bundan, ondan və sairədən razı qalmayacaqlarını bilirik. Buna baxmayaraq biz buradayıq.”

Son olaraq qlobal temperaturun iki selsi dərəcə altında saxlayaraq qlobal istiliyi azaltmaq və inkişaf etməkdə ölkələrin varlı ölkələrdən istədikləri ətraf-mühitə verdikləri zərərə görə kompensasiya ödənişi qəbul edilməsə də təşkilatçılar bunu tarixi və hamı üçün yeni eranın başlanğıcı, iqlim dəyişikliyinə qarşı qlobal səy adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG