Mərakeşdə Paris terror hücumlarında əli olmaqda şübhəli bilinən belçikalı bir nəfər saxlanılıb.
Mərakeş Daxili İşlər Nazirliyi açıqladığı bəyanatda həmin şəxsin yanvarın 15-də Məhəmmədiyə şəhərində həbs edildiyini bildirib.
Onun Suriyada “İslam Dövləti” üçün döyüşdüyü deyilir.
Əslən mərakeşli olan bu şəxs Mərakeşə Suriyadan gəlib.
Onun Suriyaya Hollandiya, Belçika, Almaniya və Türkiyə vasitəsi ilə keçdiyi bildirilir.
2015-ci il noyabrın 13-də Parisdə törədilən hücumlarda 130 nəfər öldürülüb.
Hələlik saxlanılab şübhəlinin adı açıqlanmır.