Accessibility links

Parisdə "sarı jiletlilərin" etirazları davam edir


Minlərlə fransalı “sarı jiletli” nümayişçilər şənbə günü artıq 13-cü həftə sonu etiraz yürüşü keçirib. Parisdə çaxmaşmalar yaşanıb, bir nümayişçinin əli kiçik partlayıcı nəticəsində yaralanıb.

Bundan əlavə gecə yarısı Milli Assambleya başçısının Brittanidəki iqamətgahına qəsdən yandırılıb. Lakin bunun prezident Emmanuel Makrona qarşı etirazlarla əlaqəsi olmadığı bildirilir.

Sarı jiletlilər
Sarı jiletlilər

“Sarı jiletli” nümayişçilər noyabr ayının ortalarında ilk öncə artan yanacaq vergisinə qarşı etiraz etməyə başlayıblar. Lakin daha sonra bu etirazlar onların adi insanlara qarşı rəğbəti olmadığını düşündükləri siyasi sinifə qarşı genişmiqyaslı üsyana çevrilib.

Parisdə şənbə günü minlərlə insan güc simvolu hesab edilən Milli Assambleya və Senat önündə yürüş keçirib.

Əsasən dinc keçirilən nümayişdə etirazçılar təhlükəsizlik qüvvələrinə əşyalar atıb, bir skuter və polis maşını yandırılıb, bəzi mağazaların pəncərələri sındırılıb.

Bir iştirakçı polisin izdihamı gözyaşardıcı qazla dağıtmaq üçün istifadə etdiyi “qumbara”nı yerdən götürəndə əlini ciddi yaralayıb.

Fransada etirazlar
Fransada etirazlar

Daxili İşlər Nazirliyi Fransa boyu etirazçıların sayının 12 min olduğunu, buna Parisdəki 4 min iştirakçının daxil olduğunu bildirib. Lakin polis mənbələrinə görə, Parisdən kənarda etiraz aksiyalarında 21 min nümayişçi iştirak edib.

Bundan öncəki həftə sonlarında Paris döyüş meydanına çevrilmişdi. Siyasi spektrin hər bir hissəsindən siyasətçilər Makronun yaxın müttəfiqi və parlamentin aşağı palatasının prezidenti Riçard Ferrandın evinə hücumu qınayıb.

O, Twitter-də yanmış qonaq otağının şəkillərini dərc edib və polisin evdə yanacaqla isladılmış parçalar tapdığını yazıb. Ferrard bunun arxasındakı niyyətin cinayət olduğunu söyləyib, lakin mümkün cinayətkarın kimliyi hələ ki, naməlumdur.

“Heç nə Respublikanın seçilmiş rəsmisinə qarşı zorakılıq və təhdidlərə haqq qazandırmır” – deyə, Makron hadisə ilə bağlı Twitter hesabında yazıb.

XS
SM
MD
LG