Accessibility links

Parisdə təcili yardım maşınlarının sürücüləri də ümummilli etirazlara qoşulub


Parisdə təcili yardım maşınlarının sürücüləri də ümummilli etirazlara qoşulub
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Parisdə təcili yardım maşınlarının sürücüləri də ümummilli etirazlara qoşulub

Fransada on illər ərzində ən ağır kütləvi aksiyaların qarşısının alınması üçün fövqəladə vəziyyət elan edilə bilər.

Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir.

Polisin məlumatına görə, bu aksiyalarda 400-dən çox aksiyaçı saxlanıb, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil omaqla 130-dan çox adamsa xəsarət alıb.

"Dünən paytaxtakı aksiyalarda 412 nəfər həbs olunub. Bu son onillər ərzində qarşılaşmadığım bir vəziyyətdir." - deyə, Pariş şəhərinin polis nümayəndəsi Mişel Delpueş qeyd edib.

Polisin məlumatına görə, xəsarət alanlardan 23-ü polisdir. Aksiyaçılar Parisin mərkəzində barrikadalar qurub, tonqal qalayıb, polisi daşa basıb, avtomobil və digər əmlaklara ziyan vurublar.

"Təhlükəsizlik tədbirlərimizin bir hissəsi və yanğınları vaxtında müdaxilə etməli olan Paris xilasetmə briqadası tərəfindən 249 yanğın qeydə alınıb. Bu yanğınlarış 112-si nəqliyyat vasitələridir." - deyə, cənab Delpueş əlavə edib.

Dekabrın 3-də Fransada təcili yardım maşınlarının sürücüləri də ümummilli etirazlara qoşulub.

"Biz ümid edirik ki, hökümət səbəbi başa düşər və bunun qanunla sonlandırar. Beləcə biz bir araya gəlib, birlikdə hər kəsin razı qalacağı yeni həll yolları üzərində müzakirə apara bilərik. Ancaq indiki nə hökümət, nə insanlar, nə işçilər bundan razı deyil." - deyə, təcili yardım maşınlarından birinin sürücüsü Rəşid Suxmanı bildirib.

Fransa hakimiyyəti dəfələrlə bəyan edib ki, dizel yanacağına vergini qaldırmaqda məqsəd, ətraf mühitin çirklənməsinin qarşısını almaq və ekoloji cəhətdən daha təmiz avtomobillərin istehsalını genişləndirməkdir.

Fransa mətbuatının yazdığına görə, ölkə boyu keçirilən nümayişlərdə ümumilikdə 75 minədək adam iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG