Accessibility links

Parisin mərkəzində güclü partlayış baş verib


Şənbə günü Parisdə şirniyyat kafesində baş verən şiddətli partlayış nəticəsində iki yanğınsöndürən ölüb, bir neçə neçə nəfər yaralanıb, binaların pəncələri sınıb, maşınlar aşıb.

Yanğınsöndürənlər xəsarət almış bir neçə insanı pəncərələrdən çıxarıb, sakinləri təxliyə edib. Hadidə Parisin şimal-mərkəzində yerləşən 9-cu arondismanının Rue de Trevise küçəsində baş verib.

Şahidlər böyük partlayış və yaxınlıqdanı binalarda ilişib qalan insanların səslərini eşitdiklərini söyləyib. Kafenin yerləşdiyi binanın önünə qırıq parçalar və pəncərə hissələri dağılıb.

Parisdə partlayış
Parisdə partlayış

Daxili işlər naziri Kristofer Kastaner deyib ki, “yanğınsöndürənlər binada qaz sızmasını yoxlamaq üçün binaya daxil olandan sonra güclü partlayış olub”. O, yanğınsöndürənlərdən birinin bir neçə saat dağıntıların altında qaldığını söyləyib.

Kastaner hazırda “vəziyyətin nəzarət altında olduğunu” desə də, partlayışın “böyük itkilərə səbəb olduğunu” bildirib.

Paris prokurorluğunun verdiyi məlumata görə, məsələ ilə bağlı istintaq başladılıb.

Yanğınsöndürənlər partlayışdan öncə gəlib

Polis sözçüsünün sözlərinə görə, yanğınsöndürənlər kafedə qaz sızmasını yoxlamaq üçün hadisə yerinə çağırılıb. Partlayış isə onlar gəlib, sakinlərə binada qalmalarını söylədikdən sonra baş verib.

Kafe ilə üzbəüz yerləşən Mercure hotelinin işçisi Pedro Qonkalves deyib ki, o, səhər yanğınsöndürənlərin kafeyə daxil olduqlarını görüb, lakin bunun zarafat və ya yanlış xəbərdarlıq olduğunu düşünüb. Onun dediyinə görə, bundan bir saat sonra partlayış baş verib.

Parisdə partlayış
Parisdə partlayış

Qonkalves deyib ki, o, üstünə çox şeyin düşdüyünü hiss edib və qırılmış şüşə parçası başını kəsib.

İnsanlar terror hücumu olduğundan qorxublar

Digər biri Associated Press-ə bildirib ki, o, partlayış səsinə oyanıb və terror hücumu olduğundan şübhələnib.

Kafe Folies-Bergere teatrı yaxınlığında yerləşir.

Partlayış Fransa paytaxtında yaşıl jiletlilərin kütləvi etirazları fonunda baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG